120 min azərbaycanlı Rusiyadan qayıtsa... - \"İşsizlər ordusu\"nun yaranmaması üçün hansı addımlar atılacaq?

120 min azərbaycanlı Rusiyadan qayıtsa... - \
Xəbər verdiyimiz kimi Rusiya iyunun 15-dək qeyri-leqal miqrantları ölkəsindən çıxaracaq. Həmin statusda olan 120 minə yaxın azərbaycanlının geri dönüşü gündəmdədir. 
 
Bəs bu qədər insanın qayıdışı Azərbaycanda hansı problemlər yarada bilər? 

Bu barədə Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Rusiyada leqal və qeyri-leqal yaşayaraq orada fəaliyyət göstərən azərbaycanlılar illərdir Azərbaycanın iqtisadi həyatında da mühüm rol oynayırlar:

"Onlar Rusiyada qazandıqları vəsaitin müəyyən hissəsini Azərbaycanda qalan ailələrinə göndərirdilər və həmin vəsait burada istehlak olunurdu.  Bu da öz növbəsində iqtisadi aktivliyin yaranmasına müəyyən töhfə verir.  Lakin pandemiya ilə əlaqədar Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcmi də azaldı.  Bunun özü də ölkəmizdə iqtisadiyyatın çarxının mənfi istiqamətə yönəlməsinə təsir edən amillərdən birinə çevrildi.  Yeni yanaşma fonunda 120 minə yaxın qeyri-leqal yaşayan azərbaycanlının Rusiyadan çıxarılması qərarı verilsə, onların böyük hissəsinin Azərbaycana geri dönüşü gözlənilir”. 

Belə vəziyyət isə həmsöhbətimizə görə, ölkədə işsizlik ordusunun, sosial gərginliyin artmasına səbəb ola bilər: 

"Zatən ölkəmizdə pandemiya ilə bağlı olaraq işsizlər ordusu xeyli dərəcədə artıb. Rəsmi rəqəmlərdə pandemiyadan öncə 90 700 işsiz vardısa, sonradan bu rəqəm 600 minə yaxın insana işsizlik müavinətinin verilməsilə nəticələndi. Deməli, işsizlik məsələsində ciddi problemlər var. Rusiyadan həmin 120 min qeyri-leqal miqrantın hamısının qayıdacağını düşünmürəm.  Güman ki, bir hissəsi Rusiyada leqal şəkildə qalmağın yollarını arayıb tapacaq”.

Problemi önləmək üçün isə N. Cəfərlinin fikrincə, kiçik və orta sahibkarlığın inkişafına yönəlik proqramlar reallaşdırılmalıdır: 
 
"Azərbaycan hökuməti indidən işsizliyin artmasının qarşısını almaq yönündə müəyyən addımlar atmalıdır.  Kiçik və orta sahibkarlığa dəstək üçün bəzi proqramlar işlənməlidir ki, geri dönmək məcburiyyətində olan soydaşlarımızın işlə təminatında problemlər yaşanmasın.  Çünki bu məsələnin həllinin tapılmaması bir müddətdən sonra sosial gərginlik yarada bilər”.

Elçin
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...