10-a yaxın şəxsin ölümünə səbəb olan 19 yaşlı sürücünü hansı CƏZA GÖZLƏYİR?

10-a yaxın şəxsin ölümünə səbəb olan 19 yaşlı sürücünü hansı CƏZA GÖZLƏYİR?
Xəbər verdiyimiz kimi Bakıda sərnişin avtobusuna çırpılaraq ağır qəzaya səbəb olan yük maşınının sürücüsü – 19 yaşlı Əzizov Mahmud Babagözəl oğlu saxlanılıb. Sözügedən şəxsin heç bir qanuni əsas olmadan fəaliyyət göstərdiyi məlum olub.
 
Bəs, sürücünü hansı cəza gözləyir?

Bununla bağlı Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə Sfera.az-a danışarkən qeyd edib ki, 99 DH 343 Dövlət Qeydiyyat Nişanlı "Mercedes” markalı yük avtomobilin sürücüsünü 19 yaşında qanunsuz  olaraq yola buraxan hər hansı bir şirkətdirsə, həmin şirkətin vəzifəli şəxsləri də müvafiq məsuliyyət daşıyırlar:

"Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır  zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri yaxud  iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin Məcəllənin 263.3-cü maddəsinə əsasən,  bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Müsahibimizin sözlərinə görə, Cinayət Məcəlləsinin qeyd olunan maddələrindən də görünür ki, sözügedən əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur və cəzası da olduqca ağırdır.

Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 10-a yaxın şəxs ölüb, 20 nəfər yaralanıb.  

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

10-a yaxın şəxsin ölümünə səbəb olan 19 yaşlı sürücünü hansı CƏZA GÖZLƏYİR?

Xəbər verdiyimiz kimi Bakıda sərnişin avtobusuna çırpılaraq ağır qəzaya səbəb olan yük maşınının sürücüsü – 19 yaşlı Əzizov Mahmud Babagözəl oğlu saxlanılıb. Sö...

Azərbaycanda ilin ən səs-küylü qətlləri - FOTOLAR

2021-ci ilin başa çatmasına 90 gündən artıq vaxt qalsa da, ötən 9 ay müddətində Azərbaycanda kifayət qədər səs-küylü qətl hadisələri baş verib. Sfera.az-ı...

Naxçıvanın keçmiş daxili işlər naziri 9 milyon manat rüşvət alıb

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun aldığı rüşvətin məbləği məlum olub. "Report”un əldə etdiyi məlumata görə, ...

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. Sfera.az Maqsud Mahmudovun Azərbaycana deportasiya e...

Vüqar Səfərli hər tədbirdən bu qədər pul qazanıb

KİVDF-nin hazırda həbsdə olan keçmiş icraçı direktoru Vüqar Səfərlinin cinayət işi ilə bağlı daha bir maraqlı məqam üzə çıxıb. Sfera.az xəbər verir ki, "K...

Vüqar Səfərlinin məhkəməsi başlayıb

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayıl...