Özü ilə birlikdə dünyanı gəzəcək adama 36 min dollar maaş təklif edən gənc milyoner - FOTO

Özü ilə birlikdə dünyanı gəzəcək adama 36 min dollar maaş təklif edən gənc milyoner - FOTO
Sosial mediada hər gün yeni bir maraqlı səyyah ilə qarşılaşmaq mümkündür. Artıq bir çox insan dünyanı rahat şəkildə gəzib, bir çox yerlərdə fotolar çəkir və bu fotolar sayəsində fenomenə çevrilir.

BiG.AZ musavat.com-a istinadən bildirir ki, bu cür maraqlı fenomenlərdən biri də Avstraliyada yaşayan 27 yaşlı milyoner Metyu Lepredir.

26 yaşlı milyonerin aylıq gəliri 115 min dollardır. Onun bir neçə onlayın alış-veriş xidməti göstərən böyük şirkətli var.

Sidneydə yaşayan gənc milyoner dünyanı gəzir, gəzdiyi hər yerdən də maraqlı fotoları izləyiciləri ilə paylaşır. O, dünyanı gəzərkən ona yoldaşlıq edəcək birini axtrarır. Axtardığı şəxs gənc milyonerin səyahət marşrutlarını, məkanlarını əvvəlcədən təyin və Leprenin sosial media hesablarını idarə edəcək. Metyu Lepre işə götürəcəyi şəxsə etibar etməli olduğunu qeyd edir. Həm də bunun tətil fürsəti yox, karyera fürsəti olduğunu bildirir. Sözügedən işə görə vəd etdiyi maaş isə 36 min dollardır.
Gənc milyoner bu iş elanını öz yutub kanalında paylaşmışdı.

Qısa müddət ərzində işini böyüdən Metyu Lepre universitet təhsilini yarımçıq qoyub və hətta 40.000 dollar borcu da var idi.

Lakin Metyu zəkası sayəsində özünə bir iş qurmuş və çox gənc yaşda milyoner olmuş biridir. Keçən il Metyu seminar vermək və yeni iş imkanlarını araşdırmaq üçün Yaponiya, İndoneziya, İspaniya, İsveçrə, Tayland, Dubay, ABŞ və Havayini gəzib.
 



OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...