Zibillikdən 15 min avro tapıldı

Zibillikdən 15 min avro tapıldı
Almaniyanın Erfurt şəhərində 28 yaşlı zibildaşıyan atılmış köhnə divandan 15 min avro pul tapıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Almaniyanın "Berliner Kurier" agentliyində yer alıb.

Məlum olub ki, divanı zibilliyə yaşlı cütlük atıb. Məlumatda bildirilir ki, pullar öz sahiblərinə qaytarılacaq. Qeyd edək ki, alman qanunlarına görə, tapılan pulun 3 faizi onu tapana çatır. Beləliklə zibildaşıyan 450 avro pul almış olacaq.

OXŞAR XƏBƏRLƏR