Zəngilan şəhərciyinin sakinləri Anar Əsədlini belə qarşıladı – VİDEO+FOTO

Zəngilan şəhərciyinin sakinləri Anar Əsədlini belə qarşıladı – VİDEO+FOTO
+125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşmış Zəngilan sakinləri ilə görüşüb. 
 
Qaynarinfo-nun əməkdaşının da iştirak etdiyi görüşdə, Anar Əsədli vəkillərinin, komandasının və media nümayəndələrinin iştirakı ilə sakinlərinin bir qrupunun evində qonaq olub, qəsəbədə ev-ev gəzərək, seçicilərlə canlı ünsüyyət qurub, səmimi söhbət edib. Deputatlığa namizədin bu səmimiyyəti qarşılığında insanlar onu çox doğmalıqla qarşılayaraq, isti münasibət göstəriblər. Yaşlı nəslin nümayəndələri Anar Əsədlinin seçiciləri ilə canlı ünsiyyətdə olmasından şad olduqlarını, insanlarda güvən yaratdığını və xeyir duaları ilə birlikdə seçkilərdə səslərini ona verəcəklərini deyiblər. Deputatlığa namizədin uşaqlara qarşı həssas yanaşması xüsusi diqqət çəkib. Hətta onların səsvermə prosesində heç vaxt iştirak etməyən valideynləri belə bu səmimiyyətdən təsirlənərək bu dəfə səsvermədə iştirak edərək Anar Əsədliyə səs verəcəklərini vurğulayıblar.
 
Bu yola "İnanın, dəyişirik” sloqanı ilə başlayan deputatlığa namizəd seçki prosesinin şəffaflığına inanmağa səsləyib, bu dəfə hər şeyin müsbət yöndə dəyişəcəyini bildirib. Anar Əsədli çıxışı zamanı seçiciləri səsvermə prosesində aktiv olmağa çağırıb. Belə ki, o, millətin vəkili seçiləcəyi təqdirdə, yeniləşən Milli Məclisdə dövlət və seçicilər arasında körpü olacağanı qeyd edib.
 
Ötən gün baş tutan görüşdən video və fotoları təqdim edirik:



OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...