Zaur Darabzadənin deputatlığa namizədliyi qeydə alınıb

Zaur Darabzadənin deputatlığa namizədliyi qeydə alınıb
 

"CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadənin deputatlığa namizədliyi qeydə alınıb.

"Report" xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdəki səhifəsində yazıb

"Əziz dostlar, Sizinlə çox vacib bir xəbəri bölüşmək istəyirəm. Bu gün rəsmi olaraq mənim Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyim qeydə alındı. Hörmətli seçki dairəsində yaşayan sakinlər, siz 17 yanvar tarixindən etibarən çox maraqlı seçki kampaniyasının şahidi olacaqsınız. Bizi izləyin!", - Z.Darabzadə vurğulayıb.

 

 

Qeyd edək ki, Zaur Mehrab oğlu Darabzadə 1985-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə Bakı şəhəri 18 saylı orta məktəbə daxil olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Maliyyə-İqtisad Kollecinin (AzMİK) "Mühasibat uçotu və audit" fakültəsinə qəbul olub. Sonrakı illərdə ali təhsil almaq məqsədilə Ukraynanın Personalın İdarə Olunması üzrə Regionlararası Akademiyasının "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavr pilləsində təhsilini davam edib. 2019-cu ildən Taras Şevçenko adına Kiyev Milli Universitetində magistr təhsili alır.

Azərbaycanda ilk internet radio "Day.Az Radio"nu yaradıb. Bundan başqa, "Day.Az Media" şirkətində (Trend.Az, Day.Az, Milli.az, Turbo.az) direktor müavini kimi çalışıb. 2012-ci ildə Bakıda "FIFA U-17" Qadınlararası Dünya Çempionatı çərçivəsində "Universal Music Group"un təşkilatçılığı ilə Azərbaycanda Cennifer Lopez, Rihanna və Şakira kimi dünya şöhrətli ulduzların "Baku Crystall Hall" səhnəsində solo-konsertlərinin marketinq direktoru olub. 

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində AVTO FM 107.7 radiosunu yaradaraq koordinator vəzifəsində çalışıb. 2015-ci ildə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub. 2018-ci ilin yanvar ayından "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib və bu vəzifədə bu günədək çalışır. 

Bu sahədə işlədiyi müddətdə Azərbaycanın müxtəlif regionlarında kinoteatrların açılışına təşəbbüs göstərib. 2005-ci ildən başlayaraq 30-dan çox xarici ölkədə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, forumlarda Azərbaycanı təmsil edib.

Azərbaycan haqqında smartfonlar üçün ilk sənədli serialın (Histogram.az), poçt sahəsində innovativ (Dolab.az), yerli məhsulların xaricə satışı ("Buta Distribution") və xeyriyyə məqsədilə yaradılan (Angel.az) kimi fərdi layihələrin ideya müəllifidir.  

Dövlət gənclər siyasəti sahəsində tədbirlərin işıqlandırılmasında yaxından iştirakına görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Yaxşıların yaxşısı" mükafatı, Azərbaycan tarixini, musiqisini və mədəniyyətini təbliğ edən "Day.az Radio" internet radionun inkişafına verdiyi töhfələrə görə "Uğur" Milli Mükafatı, həmçinin "Day.az Radio" layihəsi ilin ən yaxşı layihəsi nominasiyasında "Uğur zirvəsi" mükafatına layiq görülüb. 

Evlidir, 1 övladı var. 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...