Yeni stansiyaya Mübariz İbrahimovun adı verilsin! – RƏYLƏR

Yeni stansiyaya Mübariz İbrahimovun adı verilsin! – RƏYLƏR
 

"Memar Əcəmi-2” və "Avtovağzal”dan sonra B3 (şərti adı) stansiyası gələn ilin sonuna qədər sərnişinlərin ixtiyarına veriləcək.

Sfera.az baku. ws-ə istinadən  xəbər verir ki, bənövşəyi xəttin növbəti stansiyası Ceyhun Səlimov (Papanin adlanan ərazi) küçəsində yerləşsə də, adının nə olacağı hələlik dəqiqləşməyib.

Yeni stansiyanın hansı adı daşıyacağı ictimaiyyətdə böyük maraqla qarşılanır. Bu mövzuda sosial şəbəkədə xeyli müxakirələr aparılıb və stansiyanın adının əhəmiyyəti vurğulanıb.

Mövzu ilə bağlı ölkənin tanınmış ictimaiyyət nümayəndələrinə müraciət etdik və B3 (şərti adı) stansiyasının hansı adı daşıması ilə bağlı təkliflərlə tanış olduq.

Milli Məclisin deputatı Aqil Abbas: "Son dövrlər bu barədə sosial şəbəkədə müzakirələr gedir. Əgər stansiyaya Mübariz İbrahimovun adını versələr, bunu dəstəkləyərəm. Burda qeyri-adi bir şey yoxdur. O, bizim milli qəhrəmanımızdır və adının stansiyaya verilməsinə müsbət baxıram”.

Xalq artisti Rasim Balayev: "Açığı bu stansiyaya hökumət hansı adı münasib bilsə, o cür də olacaq. O ki qaldı mənə, təbii ki, ölkənin görkəmli şair və qəhrəmanlarından birinin adını daşıması yaxşı olardı”.

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: "Mən Mübariz İbrahimovun adının verilməsini istərdim. O, Azərbaycanın milli qəhrəmanı və Qarabağın müqavimətini simvolizə edən igiddir. Biz Sovet dövründə yaşamış gənclər kimi bilirik ki, indiyə qədər metropolitenlərdə fərqli aldlar qoyulub. Onlar bizimki olmayıblar. Lakin Mübariz İbahimov bizimkidir və canımız, ciyərimizdir. Qəhrəmanlığı ilə azərbaycanlı adını duyğulandırıb.

Xalq artisti Flora Kərimova: "Bütün varlığımla  Mübariz İbrahimovun adının stansiyaya verilməsini istərdim. Mənə elə gəlir ki, bu işi təşkil edəcək şəxslər bunu reallaşdıracaq. Siz bunu bizlərdən soruşmaqla, çox gözəl addım atırsınız. Stansiyanın adının verilməsi zamanı ictimaiyyətin fikrinin nəzərə alınması çox gözəl olardı. Düşünrəm ki, bu təklif rəhbər şəxslərin də ürəyincədir”.

"Keşlə”nin futbolçusu Rəşad Sadiqov: "Mən istərdim ki, həmin stansiya milli qəhrəmanlarımızdan birinin adını daşısın. Konkret olaraq namizədim isə şəhid Mübariz İbrahimovdur”.

Qeyd edək ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaxınlığında açılacaq yeni metrostansiyaya ad verilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...