Uşaq sörfinqlə məşğul olarkən köpəkbalığı ilə toqquşdu - VİDEO

Uşaq sörfinqlə məşğul olarkən köpəkbalığı ilə toqquşdu - VİDEO

Floridada doqquz yaşlı uşaq sörfinqlə məşğul olarkən köpəkbalığı ilə qarşılaşıb.

"Daily Mail”in məlumatına görə, bununla bağlı video "GroPro” tərəfindən paylaşılıb.

Bildirilir ki, Çandler Mur Nyu-Smirna sahilində sörfinqlə məşğul olarkən atası Şon da onu yaxından izləyib.

Əvvəl hər şey yaxşı gedib, uşaq bir neçə kiçik dalğanı tutub. Lakin az sonra köpəkbalığının sörfinq lövhəsini vurması ilə uşaq yıxılıb.

Xoşbəxtlikdən yırtıcı balıq kiçik olub. Çandler zərər çəkməyib.

Atanın sözlərinə görə, sörfinq lövhəsinə bərkidilən kamerada kadrlara baxana qədər bunun köpəkbalığı olduğunu anlamayıblar.

Nəşr onu da bildirir ki, köpəkbalığı kiçik olmasına baxmayaraq, insanlara hücum edir. (oxu.az)

 

 


OXŞAR XƏBƏRLƏR