Maqazİn

Türkiyəli aktrisa orqanlarını bağışladı - FOTO

Türkiyəli aktrisa orqanlarını bağışladı - FOTO

Türkiyəli aktrisa Yeşim Ceren Bozoğlu hər kəsin marağına səbəb olacaq addım atıb.

Sfera.az xəbər verir ki, aktrisa bütün orqanlarını bağışlayıb.

O, orqan köçürülmüş uşaqlarla görüşdükdən sonra bu qərarı verdiyini bildirib:

"Qərara gəldim ki, mən də orqanlarımı bağışlayım. Bu addımı atdığım üçün həyacanlı və xoşbəxtəm. Ölkəmizdə orqan bağışlanmasını gözləyən xeyli xəstə uşaq var. Bu işdə əsas məsələ vəsiyyət və ailənin razılığıdır. Ölümdən sonra şəxsi razılıq olsa belə ailənin icazəsi olmadığı halda, orqan bağışlanması həyata keçirilmir. Ona görə də öncə ailəni razı salmaq lazımdır”.

Qeyd edək ki, Yeşim Ceren Bozoğlu "Doktorlar”, "Geniş ailə”, "Yeditepe İstanbul” və "O hayat benim” serialları ilə tanınıb.(oxu.az)

 

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031