Türkiyədə Nəsimiyə həsr olunan xatirə pulu buraxıldı - FOTO

Türkiyədə Nəsimiyə həsr olunan xatirə pulu buraxıldı - FOTO
Türkiyə zərbxanası Azərbaycanın Ankaradakı səfirliyinin təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi və "Nəsimi ili”nə həsr olunan bürünc xatirə pulu buraxıb.
Azvision.az xəbər verir ki, xatirə pulunun ön tərəfində İmaddədin Nəsiminin şəkli, "İmadeddin Nesiminin Doğumunu 650. Yılı” yazısı, digər tərəfdə isə "Türkiye Cumhuriyeti 2,5 Lira” yazısı yer alıb. 
Qeyd edək ki, Prezident İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi” və 11 yanvar 2019-cu il tarixli "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili” elan edilməsi” haqqında sərəncamlarından irəli gələn layihələrin icrasını təmin etmək məqsədilə Türkiyə Respublikası Zərbxanası ilə Nəsimiyə həsr olunan xatirə pulun buraxılmasına dair razılıq əldə olunub. 
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şöv...

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...