Türk ordusu Suriyada: ABŞ Türkiyəyə qarşı vəd etdiyi sanksiyaları işə salacaqmı? - ŞƏRH

Türk ordusu Suriyada: ABŞ Türkiyəyə qarşı vəd etdiyi sanksiyaları işə salacaqmı? - ŞƏRH


"ABŞ prezidenti Donald Trampın Türkiyəni hədələyən bəyanatı ictimai rəyi daxildəki problemlərdən yayındırmağa hesablandığını düşünürəm. Görünür, xarici faktoru qabartmaqla fikri daxildən yayındırmaq Trampın özünə də sərf edir”.


Bu sözləri Türkiyə ordusunun Suriyaya daxil olmasını şərh edərkən Sfera.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli söyləyib. Politoloq Türkiyənin Suriya ərazisinə ordu çıxartmasını təhlükəsizliyini qorumaq adına atdığı haqlı addım hesab edərək bu sözləri söyləyib:


"Region dövlətləri, xüsusilə Rusiya və İranın bununla bağlı mövqeyi hələ ki, gündəmdə deyil. Lakin üç dövlət başçısının Ankarada baş tutan görüşündən sonra türk ordusunun Suriyaya girməyi bunu düşünməyə əsas verir ki, bu hadisə onlarla da hansısa mənada razılaşdırılıb. Təbii ki, savaş və hərbi əməliyyatlar maliyyə tələb edir, istər-istəməz bu əməliyyatların Türkiyə iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi şübhə doğurmur. NATO və ABŞ Türkiyənin təhlükəsizliyini qorumaq üçün addım atmır, qaçqın məsələsinin həll edilməsinə hər hansı bir töhfə vermirlərsə, o zaman dövlət olaraq təhlükəsizliyini müdafiə etmək qardaş ölkənin öz haqqıdır”.

 

Bundan sonra siyasi müstəvidə Türkiyə - ABŞ münasibətlərinin hansı məcrada davam edəcəyi sualına cavabında Mirzəbəyli bildirib ki, ABŞ-ın Türkiyə iqtisadiyyatını məhv etməklə bağlı verdiyi açıqlamanın daxili auditoriyanın fikrini azdırmağa yönəlmiş addım olduğunu düşünür: "ABŞ-ın bu məsələyə mövqeyi aydındır. Tramp Türkiyə iqtisadiyyatına zərbə vuracağı ilə bağlı bəyanatla çıxş edib. Türkiyə ilə ABŞ arasında proseslərin kəskin dəyişəcəyini düşünmürəm. Bu gün Trampın öz durumu da yaxşı deyil. Yaxın müddətdə Türkiyəyə qarşı hansısa iqtisadi sanksiyaların tətbiq ediləcəyini düşünmürəm. Ancaq bununla yanaşı Trampın bu bəyanatı Türkiyə rəsmilərininin qərarlarına müəyyən təsiri ola bilər”.

 

 

Səbuhi

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...