Tramp dünyanı ticarət müharibəsinə sürükləyir - ŞOK PLAN

Tramp dünyanı ticarət müharibəsinə sürükləyir - ŞOK PLAN
ABŞ və Çin arasında ticarət məsələləri üzrə danışıqların növbəti mərhələsinin iki gün sonra başlayacağı planlaşdırılır.

Bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb. Lakin, ABŞ mətbuatı Pekinin danışıqlardan imtina edəcəyini yazır. Buna səbəb, ABŞ prezidenti Donald Trampın Çindən idxal olunan məhsullara 200 milyard dollar əlavə vergilərin tətbiq olunacağı barədə bəyanatlar səsləndirməsidir. "Ağ ev” rəhbəri buna səbəb kimi, danışıqların intensiv olmamasını göstərib. İddialara görə, müzakirələr üçün Vaşinqtona 100 nəfərdən ibarət heyət göndərməyi planlaşdıran Çin, "Ağ ev” rəhbərinin hədə dolu bəyanatlarını təhlil etdikdən sonra fikrindən daşınıb.

Xatırladaq ki, ötən ay hər iki tərəf danışıqların yekunlaşmaq üzrə olduğunu bəyan edirdi. Hətta Tramp yaxın günlərdə Pekinlə yekun sazişin imzalayacağını vurğulamışdı.

Maraqlıdır, Tramp niyə danışıqların yekunlaşmaq üzrə olduğu bir vaxtda Çini əlavə vergilərlə təhdid edəcək bəyanatlar səsləndirdi?

Belə görünür ki, ABŞ prezidenti Çinlə ticarət danışıqlarının uzanmasında maraqlıdır. Çünki, Çindən idxal olunan məhsullara əlavə vergilərin tətbiq olunması, ABŞ ictimaiyyətində böyük məmuniyyətlə qarşılandı. Xüsusilə, bu addımın yerli kiçik və orta sahibkarların inkişafı üçün önəm kəsb etdiyi vurğulanır. Hesab etmək olar ki, Tramp bu məsələni gündəmdə saxlamaqla öz nüfuzunu qorumağı planlaşdırır. Bu səbədən, ticarət danışıqlarının ABŞ-dakı növbəti prezident seçkilərinə kimi yəni, gələn ilə qədər uzanacağını gözləmək olar. Bütün bunlar qlobal ticarətə öz mənfi təsirini göstərəcək. Artıq ötən gündən başlayaraq Çin birjaları 5 faiz dəyər itirib. Bu da Vaşinqtonun maraqlarına tamamilə uyğundur.BBC

OXŞAR XƏBƏRLƏR