\"Toya getdim və bir daha anladım ki...\" - Fazil Mustafa

\
"İki kitabın təqdimatında iştirak etdim, hər iki tədbirdə də sağ olsunlar ki, söz verdilər, düşüncələrimi söylədim. Dəyərli yazarımız Şərif Ağayarın "Komandir" romanının təqdimatı Bakı Kitab Mərkəzində, Azərbaycanın çox önəmli söz ustalarından biri, dəyərli Orxan Fikrətoğlunun "Tülu" kitabının təqdimatı isə "Libbraff”da keçirildi".

Bu sözləri deputat Fazil Mustafa qeyd edib. O bildirib ki, maraqlı təqdimatlar oldu və sevindirici odur ki, hər iki məkanda da kitab sevgisinin aşıb-daşdığı sezilirdi:

"Kitablar aldım, yaşlılarla söhbətləşdim, gənclərlə kitabların fonunda foto çəkdirdim. Belə toplaşma məkanlarının olması Azərbaycan insanı üçün çox vacibdir. Həm də sevinirdim ki, artıq Kabab mədəniyyətindən Kitab mədəniyyətinə keçidimiz üçün xeyli ümidverici aura yaranmaqdadır. Hər şey gözəl idi. Ancaq birdən xatırladım ki, axşam bir toy məclisinə də dəvətliyəm. Necə deyərlər, çağrılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə. Getdim və bir daha anladım ki, yekunumuz yenə də bir müddət Kabab mədəniyyətində olacaq. Bu qədər israfçılığın, anlamsız qidalanmanın, toy terrorunun içindən çıxmış bir cəmiyyətin hələ az-çox kitab oxumasına şükür etmək lazım. Mədəsini doğru qidalandıra bilməyən xalq, billahi, beynini də doğru qidalandıra bilməz. Xalqın sevilən mahnısı da "kabab yanar köz üstə" formatında hələ çox oxunmalıdır bizdə... Ta ki "qoy məni öldürsünlər, bir alagöz qız üstə" deyənlərin qarşısına "qoy məni qınasınlar, kitab üstə, söz üstə" deyənlər çıxanacan...”

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...