Terrorçular Suriyada 3 tərəfdən hücuma keçdi

Terrorçular Suriyada 3 tərəfdən hücuma keçdi
Suriyada "ən-Nusra" terrorçu qruplaşması Suriya ordusunun Hələb, Həma və İdlib əyalətlərindəki mövqelərinə hücum edib.
 
Suriya ordusu hücumların qarşısını almağı bacarıb. Terrorçular bu şəhərlərdə olan Suriya ordusu mövqelərini ələ keçirməyə çalışıb.
 
Suriya ordusu və müqavimət qüvvələrinin cavabı nəticəsində terrorçular geri otuzdurulub. Əməliyyatlar zamanı 3 terrorçu məhv edilib. Terrorçular Həma şəhərinə raket atıblar. Buna cavab olaraq Suriya ordusu "ən-Nusra" terrorçularına məxsus mövqeləri top atəşinə tutub.  

OXŞAR XƏBƏRLƏR