Sosial Məsafə və Tibbi maska vacibdir

Sosial Məsafə və Tibbi maska vacibdir
 
Bu gün bütün dünyada tüğyan edən koronovirus pandemiyası azalmaq əvəzinə, bir çox ölkələrdə daha da şiddətlənir.

Ölkəmizdə bu xəstəliyə qarşı mübarizə tədbirləri vaxtında aparıldığından vətəndaşlarımız arasında bu virusa yoluxmaların sayı dünya dövlətləri ilə müqayisədə çox az idi. May ayından etibarən Nazirlər kabinetinin yanında Operativ qərargahın qərarlarına əsasən bir çox sahələrdə "yumuşaldılmalar” aparıldı. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, son dövlərdə həm Bakı şəhərində, həm də regionlarımızda tibbi maskadan, məsafə saxlamaqdan insanlar sanki bilərəkdən istifadə etmirlər. Fərdi gigiyenik qaydalara əməl edilmir, davranış qaydaları pozulur. Artıq son 3 gün ərzində ölkəmizdə virusa yoluxanlarla sağalmalar arasında fərq 200-ü keçib.

Ona görə də Operativ qərargah təcili olaraq bir sıra tədbirlər görməyi qərara alıb. Bunlardan ilk olaraq həftə sonları insanların çölə çıxmamalarına dair qəbul edilmiş qərardır. Maskadan gündəlik istifadə etməyənləri də sərt cəzalar gözləyir. Ölkə başçımız cənab İlham Əliyevin bu günlərdə Tərtər rayonunda səfərdə olarkən maska və sosial məsafə tələblərinə riyət etməsi hər birimiz üçün nümunədir. Prezidentimiz Cənab İlham Əliyev bütün görüşlərində insanların qorunması, tibbi qaydalara riayət olunması, karantin rejiminin tələblərinin yerinə yetirilməsini ön plana çəkir.
Məlumdur ki, pandemiyanın başladığı ilk günlərdə insanlar maska çatışmazlığından əziyyət çəkirdilər. Ölkə prezidentimizin səyi nəticəsində qısa zaman ərzində bu problemin həlli üçün müvafiq qərarlar verilərək Tibbi maska istehsalı müəssisəsi yaradıldı və bu məntəqədə gündəlik 250 min maska hazırlanır. Bu o deməkdir ki, bu gün ölkə əhalisinin maska problemi də aradan qalxıb.

Statistikaya görə son 7 gündə dünyada 30 mindən artıq insan pandemiyanın qurbanına çevrilib, virusa yoluxanlar isə 5 milyon 318 mini keçib. Deməli bu xəstəlik nəinki azalır, əksinə daha da artmaqdadır. Bu cür artımın əsas səbəbi məhz insanların bu virusa qarşı ”itaətsizliyidir.’’

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu pandemiyanın başa çatacağı vaxt heç kimə bəlli deyil. Deməli bu bəşəri problemin həlli ilə bağlı cəmiyyətimizdə həmrəyliliyimizi gücləndirməli, ölkə üzrə qəbul edilmiş qərarlara, xüsusən də karantin qaydalarına hər birimiz ciddi əməl etməliyik.

Məsuliyyətimizi artırmalı, vətəndaşlarımızı,qocalarımızı, uşaqlarımızı və nəhayət özümüzü bu bəladan qorumalıyıq. Bəli, bu gün pandemiyaya qarşı mübarizədə Azərbaycanımızın əldə etdiyi uğurların başlıca səbəbi milli birliyimizin, Prezidentimizə və dövlətimizə olan möhkəm inamımızın təcəssümüdür.

Ölkəmizdə olan dövlət-vətəndaş birliyi onu deməyə əsas verir ki, ölkəmiz bu sınaqdan uğurla və şərəflə çıxacaqdır.

Sədaqət Həsənova
Nəsimi rayon Təhsil işçisi 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ - FOTO

"Suraxanı" gəmi-muzeyinin ilk kapitanı vəfat edib.   Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayıl...

Aİ Azərbaycana minalardan təmizlənmə üçün əlavə 2 milyon avro AYIRACAQ

Avropa İttifaqı (Aİ) minalardan təmizlənmə üçün Azərbaycana əlavə 2 milyon avro ayırmağı planlaşdırır.   Sfera.az xəbər verir ki, bu barədə Avro...

"Həmin uşaqların şəxsi məlumatlarının yayımlanması qanunvericiliyin tələblərini pozur" - Komitə sədri

“Ailə sirrlərinin, çətin həyat şəraitində yaşayan uşaqların hekayələrinin, şəxsi məlumatların yayımlanması qanunvericiliyin və etik prinsiplərin tələbləri...

“Türkiyə İsraillə bütün ticari əlaqələri dayandırıb” - AÇIQLAMA 

  Türkiyə İsraillə bütün ticari əlaqələri dayandırdığını bəyan edib.   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildir...

""Media və uşaq hüquqları" adlı dərs vəsaiti hazırlanıb" - Bahar Muradova

"Media və uşaq hüquqları" adlı dərs vəsaiti hazırlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq...

ABŞ saytı: "Azərbaycanda “azərilər” yox, azərbaycanlılar yaşayır"

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yaxınlaşdıqca siyasətçilər, jurnalistlər, analitiklər və fə...