Şirkət əməkdaşına xəsarət yetirib 20 min manatı apardılar

Şirkət əməkdaşına xəsarət yetirib 20 min manatı apardılar

Şəkidə sürücüyə xəsarət yetirərək avtomobildən 20 min manat aparılıb.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən yeni sabah-a verilən məlumata görə, fevralın 3-də saat 22 radələrində Şəki şəhərinin Cəfərabad kəndi ərazisində R.Muxtarzadənin idarə etdiyi şirkətlərdən birinə məxsus "Ford” markalı avtomobilin "VAZ-2106” markalı avtomobillə vurulması, həmin avtomobildən düşmüş 3 nəfərin "Ford” markalı avtomobildə sərnişin qismində gedən həmin şirkətin əməkdaşı C.Kərimova küt alətlə xəsarət yetirərək içərisində 15.000-20.000 manat pul olan çantanı aparması barədə DİN-in "102” Zəng Mərkəzinə məlumat daxil olub.

Dərhal Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Baş Cinayət Axtarışı, Baş İctimai Təhlükəsizlik, Baş Dövlət Yol Polisi idarələri, Təhlükəsiz Şəhər Xidməti, Şəki ŞRPŞ və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakinləri İ.Abdullayev, əvvəllər məhkum olunmuş X.Ömərov, habelə cinayəti bilib polisə məlumat verməmiş N.Bəşirov saxlanıb, digər bir nəfər isə müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir. 


OXŞAR XƏBƏRLƏR