Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgərlərlə bayram tədbiri keçirildi

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında əsgərlərlə bayram tədbiri keçirildi

Imişlidə Novruz şənliyi keçirildi. İmişli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına parkda Novruz bayramı ilə əlaqədar ümumrayon bayram tədbiri keçirilmişdir. Tədbirə bayram xonçaları ,keçmiş adət ənənələrimizi əks etdirən nehrə, sac, yun əyirmək üçün alətlər də xüsusi rəngarənglik qatırdı.Parkda Novruzun simvollarından biri olan boyük novruz tonqalı hazırlanmışdır. Bayram tədbirini giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev açaraq Novruz bayramı münasibəti ilə Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları başda olmaqla xalqımızı, həmçinin bütün İmişli camaatını səmimi qəlbdən təbrik etdi. Novruz bayramının evlərə xoş ovqat, hər ocağa bol sevinc, ruzi-bərəkət gətirməsini diləyərək bayram tonqlını yandırdı. Bayram tədbirinin bədii hissəsi olduqca maraqlı keçdi. Kosa və keçəlin şən, məzəli çıxışları, yerli musiqiçilərimizin bir-birindən gözəl ifaları və məktəbli qızlardan ibarət rəqs qrupunun gözəl rəqsləri bayram iştirakçılarında xoş ovqat və gözəl əhval-ruhiyyə yaratdı. Bayram tədbirini rayon ictimayəti sona qədər maraqla izlədilər.






OXŞAR XƏBƏRLƏR