Şəkidə quldur dəstə ələ keçdi

Şəkidə quldur dəstə ələ keçdi

Şəkidə quldurluq edən dəstə üzvləri saxlanılıb.

Sfera.az bildirir ki, Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, fevralın 3-də saat 22 radələrində Şəki rayonunun Cəfərabad kəndi ərazisində R.Muxtarzadənin idarə etdiyi şirkətlərdən birinə məxsus "Ford” markalı avtomobilin "VAZ 2106” markalı avtomobillə vurulması, həmin avtomobildən düşmüş üç nəfərin "Ford” markalı avtomobildə sərnişin qismində gedən həmin şirkətin əməkdaşı C.Kərimova küt alətlə xəsarət yetirərək içərisində 15.000-20.000 manat pul olan çantanı aparması barədə DİN-in "102” Zəng Mərkəzinə məlumat daxil olub.

 

DİN-in Baş Cinayət-Axtarış, Baş İctimai Təhlükəsizlik, Baş Dövlət Yol Polisi İdarələri, Təhlükəsiz Şəhər Xidməti, Şəki ŞRPŞ və Göyçay RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslərdən ikisi Göyçay rayon sakinləri əvvəllər məhkum olunmuş 32 yaşlı Xəyal Ömərov və 37 yaşlı İlyas Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

Quldurluq nəticəsində əldə olunmuş pulun bir qismi maddi sübut kimi götürülüb. Həmçinin cinayət hadisəsini törədərkən istifadə etdikləri nəqliyyat vasitəsi - "VAZ 2106” markalı avtomobil də saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə baş vermiş cinayət hadisəsindən xəbərdar olmasına baxmayaraq, polisə məlumat vermədiyinə və cinayət yolu ilə əldə olunmuş pulun bir hissəsini aldığına görə, Göyçay rayonunun Qarabaqqal kənd sakini Nicat Bəşirov da şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, cinayəti törətməkdə şübhəli bilinən digər şəxsin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...