Şəhid pilotun oğlu atası ilə görüntülü danışmağı tələb edir

Şəhid pilotun oğlu atası ilə görüntülü danışmağı tələb edir
"Rəşad Atakişiyevin övladları ataları barədə həqiqəti hələ də bilmirlər. Onun həlak olması uşaqlardan gizli saxlanılır".

Sfera.az xəbər verir ki, bunu azvision.az -a açıqlamasında MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, pilotun 7 yaşlı oğlu ara-sıra suallar verərək atasının harada olmasını soruşur. Sanki atasının həyatda olmamasını hiss edir. "Hər dəfə atasını, onun harada olduğunu soruşur, onunla görüntülü danışmağı tələb edir. Balaca övladı da tez-tez atasını soruşur. Həqiqətləri onlara deyə bilməmişik. Böyük oğlan internetdə saytlara baxır, axtarış etmək istəyir. Bu anda anası onu uzaqlaşdırır. Onlar üçün çox çətindir”.
 
Q.Hüseynli bir müddət sonra böyük uşağa atasının həlak olması barədə məlumat veriləcəyini deyib:"Çox güman ki, psixoloqa da aparılacaq. Bəlkə psixoloq yaxşı məsləhətlər verdi və ona əməl etdik. Pilotun yoxluğu getdikcə daha çox hiss olunur. İlk vaxtlar yoldaşı bu qədər əzab çəkmirdi, indi daha çox onu xatırlayır”.
 
Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb

OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...