Hadİsə

Salyanda “KamAZ “aşıb, iki nəfər xəsarət alıb

Salyanda “KamAZ “aşıb, iki nəfər xəsarət alıb

Bu gün gecə saat 2 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində yük maşını aşıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Abşeron rayonunun Xırdalan qəsəbə sakini, 43 yaşlı Binnət Mirəli oğlu Əliyevin idarə etdiyi "KamAZ” markalı yük maşınının idarəetməni itirərək aşması nəticəsində sürücü özü və kabinədə olan həmyerlisi - 32 yaşlı Ramil Rəhim oğlu Verdiyev müxtəlif dərəcəli xəsarətlər aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin sürücünün sükan arxasında yuxulaması ucbatından baş verdiyi deyilir. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031