Sabunçu və Şəmkir rayonlarında qazın verilişində fasilələr olacaq
10:21 / 10.09.2019
886
Sentyabrın 10-da saat 12:00-dan etibarən "Zabrat-əhali” orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.
"Azəriqaz” İB-dən Sfera.az-a verilən məlumata əsasən, gün ərzində "Zabrat-2”, Bilgəh qəsəbələri, eləcə də Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qazın verilişində qısamüddətli fasilələr müşahidə olunacaq.