Röya ilə Brilliant bir-birini təriflədi, Nadir isə “ət tökdü” - FOTO

Röya ilə Brilliant bir-birini təriflədi, Nadir isə “ət tökdü” - FOTO

ARB TV-də yayımlanan "Show News” maqazin verilişində iki xalq artisti bir-birinə tərif yağdırıb.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, söhbət Brilliant Dadaşovanın Röya Ayxana ünvanladığı "Röyaya deyərdim ki, sən niyə belə şirinsən? Qənd qatıblar sənə?” sözləri olub.

B.Dadaşovanın tərifi R.Ayxanı dilə gətirib. Sənətçi həmkarını çox sevdiyini bildirib:

 

"Mən çox rahat adamam. Biləndə ki, toyu Brilliant xanım aparır, məclisə 10-15 dəqiqə daha tez gedirəm. O qədər danışıram ki, axırda o məni gülə-gülə qapıdan qovur ki, səsim batdı, çıx. Bizim Brilliant xanımla çox gözəl münasibətimiz və dostluğumuz var. Yaxşı ki, belə sənətkarımız var”. 

"Instagram”ın "Show News” səhifəsində paylaşılan süjet müğənni Nadir Qafarzadəni yarızarafat, yarıciddi qıcıqlandırıb. Məşhur iki xalq artistinin bir-birinə tərif yağdırmasını birmənalı qarşılamayıb. O, "83 kilo idim, 75 kiloya dushdüm” yazaraq, paylaşılan videomaterialı şərh edib. N.Qafarzadə rəyini gülüş "smaylik”ləri ilə bəzəyib.

 

Nadirin yazdığı rəyə izləyicilərdən biri "Siz də bunların səmimiyyətinə inanmırsınız?” sözlərini yazıb. Əksər sosial şəbəkə əhli isə Nadirin bu şərhini birmənalı qarşılamayıb, xalq artistlərini "dağ başına” qoyublar.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...