Rusiya XİN Paşinyanın bəyanatına münasibət bildirib

Rusiya XİN Paşinyanın bəyanatına münasibət bildirib
 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın "Dağlıq Qarabağ Ermənistan ərazisidir" bəyanatına münaisbət bildirib.

APA-nın Moskva bürosunun verdiyi məlumata görə, Rusiya XİN sözçüsü bu gün keçirdiyi brifinqdə müxtəlif zamanlarda hər iki tərəfdən bu cür bəyanatlar səsləndiyini vurğulayıb.

M. Zaxarova Paşinyanın məlum bəyanatını daxili ritorika adlandırıb: "Hesab edirik ki, daxili ritorika mövcuddur, hansı ki, siyasi hərəkatda özünü əks etdirir. Hesab edirik ki, münaqişə tərəflərinin bəyanatlarına sülh yolu ilə nizamlanma istiqamətində aparılan ümumi səylər məzmununda baxılmalıdır. Təəssülər olsun ki, biz bu cür bəyanatları müxtəlif səviyyələrdə tərəflərdən eşidirik. Çox istərdik ki, daxili siyasi proseslərə anlayış göstərərək, bütün tərəfləri sülh nizamlanması yolunda tezliklə nailiyyət əldə etməyə səy göstərsinlər. Bu çox çətin, uzun çəkən prosesdir. Fikrimcə, bu istiqamətdə daha tez irəliyə getmək üçün ümumi anlayış var. Bəyanatlar da buna uyğun olmalı, əsas məqsədə çatmağa yardım etməlidir". 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...