Rusiya KİV: Türkiyə ordusu hücuma keçdi

Rusiya KİV: Türkiyə ordusu hücuma keçdi

Türkiyə tərəfi isə bu barədə hələlik heç bir açıqlama verməyib.

Türkiyə ərazisində yerləşən Cebel əl-Aqra dağından Suriya ərazisi atəşə tutulub.

ANS PRESS-in məlumatına görə, Rusiya kütləvi informasiya vasitələrində yayılan xəbərdə bildirilir ki, bu barədə Suriya ordusunun briqada generalı Əli Mayhub açıqlama verib.

Onun sözlərinə görə, ötən gecə Suriya ordusu Cebel əl-Aqra dağından minomyotlarla intensiv şəkildə atəşə tutulub: "Suriya ordusunun ali baş komandanı isə xəbərdarlıq edib ki, bu cür davranışlar çox təhlükəlidir".

Türkiyə tərəfi isə bu barədə hələlik heç bir açıqlama verməyib.

Rusiyaya məxsus Su-24 bombardmaçı təyyarənin Türkiyə qırıcısı tərəfindən 
vurulmasından sonra iki ölkə arasında münasibətlər korlanıb. Hər iki ölkə ordunun döyüş hazırlığı səviyyəsini artırıb.