Ramil Şeydayev: \"Azərbaycanda məni daha çox tanıyırlar, amma ulduz deyiləm\"

Ramil Şeydayev: \
 

"Aleksandr Səmədovla daha çox futboldan, Azərbaycan millisindən danışırdıq. Yığmadakı durumu soruşurdu, özünün zamanında Azərbaycan millisinə getməməsinin səbəbini deyirdi”.

Sfera.az "Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev "YouTube”dəki "İbrakadabra” kanalına müsahibəsində deyib. Moskva "Dinamo"sunun hücumçusu Rusiya yığmasının sabiq futbolçusu olan Azərbaycan əsilli Səmədovla bağlı xatirələrini bölüşüb: "Onunla "Krılya Sovetov”da bir yerdə oynadıq. Bakıda keçirilən Avropa Liqasının finalının səfiri idi. Mənə Azərbaycana səfərindən danışdı. Belə başa düşdüm ki, Bakını çox bəyənib. Səmədov "krutoy mujik"dir”.

Şeydayevin sözlərinə görə, futbolçu karyerasını başa vurduqdan sonra yaşamaq üçün Azərbaycana köçməsi mümkündür: "Bakıda çoxlu sayda gözəl yer var. Məsələn, Heydər Əliyev Mərkəzinə getmək olar. Dənizkənarı Bulvarda xeyli restoran var. Ən bəyəndiyim şəhərləri belə sıralayardım: Sankt-Peterburq, Bakı və Moskva. Piter mənim üçün doğmadır, orada doğulmuşam. Bakı isə mənim üçün çox komfortdur. Ola bilər ki, futbolçu karyeramı başa vurandan sonra ora köçəm. Hələlik dəqiq deyə bilmərəm. Lakin bu variant tamamilə mümkündür. Azərbaycanda məni daha çox tanıyırlar. Amma Bakıda ulduz sayılmağımla razı deyiləm”.

Gənc forvard aparıcının "Azərbaycanlı futbolçulardan biri deyirdi ki, dindar olduğu, namaz qılıb, oruc tutduğu üçün böyük klubda oynamaq onda alınmayıb. Bu barədə nə deyə bilərsiniz?” sualını belə cavablandırıb: "Din mənə mane olmur. Bəlkə kimlərinsə bu cür stereotipləri var. Ancaq oruc tutan zaman məşq və ya ondan kənarda çətin olmur. Özümü normal hiss edirəm”.

Şeydayev Türkiyənin "Trabzonspor” klubunda özünü niyə göstərə bilməməsinə də toxunub: "Trabzonda niyə alınmadı? Çünki şans vermədilər, etibar etmədilər. Karyeramla bağlı heç nəyə görə təəssüflənmirəm”.

Yığma üzvü Rusiyanın "Zenit” komandasında çıxış edən zaman futbolçu Halkla bağlı bir əhvalat danışıb: "Zenit”də Halkın fiziki cəhətdən nə qədər güclü olduğunu göstərən video-çarxın çəkilişi zamanı Andrey Arşavin də var idi. Amma o, ikinci planda qalmışdı. Orda mənimlə bərabər bir neçə gənc futbolçu da topla oynayırı, Halk zərbə vurandan sonra isə top partlayır. Başqa bir epizodda Halk ad günü münasibəti ilə şamları üfürən vaxt Andreyin əlindəki tort uçur. Arşavin mənim üçün əfsanədir, Halkdan üstündür”.

Qeyd edək ki, Ramil Şeydayev karyerası ərzində "Dinamo”, "Krılya Sovet”, "Zenit” və "Trabzonspor”la yanaşı, Slovakiyanın "Jilina” və "Qarabağ” komandalarının formasını geyinib. 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...