Qadınlara hücum edən manyak tutuldu - FOTO

Qadınlara hücum edən manyak tutuldu - FOTO

Rusiyanın Xabarovsk əyalətində qadınlara bıçaqla hücum edən şəxs tutulub.

Sfera.az bildirir ki, "Vesti.ru”nun xəbərinə görə, 43 yaşlı kişinin fotorobotu iki zərərçəkmiş qadının köməkliyi ilə tərtib edilib.

Xəbərdə bildirilir ki, həmin şəxs bölgədə yaşayan iki qadına bıçaqla hücum edərək onları ağır yaralayıb.

 

Cinayətkar saxlanılan zaman hüquq-mühafizə orqanlarına müqavimət göstərməyib və cinayət silahını könüllü təqdim edib. Məlumata görə, o, həmin gün başqa bir qadına da hücum planlaşdırıb.

İstintaq prosesində saxlanılan şəxs törətdiyi əməlini etiraf edib.

Tutulan şəxsin dediyinə görə, sevgilisi ondan ayrıldığı üçün bütün qadınlardan qisas almaq qərarına gəlib.

 Qadınlara hücum edən kişinin atalığı isə bildirib ki, oğulluğu qadınlar tərəfindən sevgi ilə əhatə olunmadığı üçün belə edib:

"Onun ailəsi olmayıb. Bizimlə yaşayıb. Mənə nifrət edirdi. Bir dəfə tərbiyə etmək istədim, bıçaqla evdən qovdu. Düşünürəm ki, bu hücumların hamısı qadın sevgisindən məhrum olduğu üçündür”.

Yaxın günlərdə saxlanılan şəxs məhkəmə qarşısına çıxarılacaq. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...