Putin hamıdan sonra gəldi və... - VİDEO

Putin hamıdan sonra gəldi və... - VİDEO

Tədbirlərə gecikməsi ilə məşhur olan Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin İsraildə Holokost qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə də "ənənəsini” davam etdirib. Bu isə kuryoz hadisə ilə nəticələnib.

Tvc.ru bununla bağlı maraqlı anları qeydə alıb.

Kadrlardan görünür ki, Putin tədbirdə zala girərkən artıq ali səviyyəli qonaqların əksəriyyəti əyləşmişdi. RF dövlət başçısını öz yerinə İsrail Prezidenti Reuven Rivlin ötürüb. Öz oturacağına yaxınlaşanda Putin fransalı həmkarı Emmanuel Makronla görüşür.

Rivlin bir neçə dəfə sakitcə şahzadənin adını çəkir. Makron da RF dövlət başçısının qoluna toxunaraq xəbərdarlıq etmək istəyir. Lakin İsrail Prezidentinin də, fransalı həmkarının da bütün cəhdlərinə baxmayaraq, Putin Britaniya şahzadəsi ilə görüşmədən öz yerində əyləşir.

Artıq oturduqdan sonra Rivlin bir daha V.Putinə Britaniya taxtının vəliəhdini göstərir. Bundan sonra Putin azacıq tutulur, cəld qalxaraq şahzadə Çarzla görüşür. (oxu.az)

Qeyd edək ki, Putinin gec görüşməsi də, şahzadənin buna reaksiyası da sosial şəbəkədə aktiv müzakirə olunub.



OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...