“Prezident dedi ki, get fikirləş...” - Novruz Məmmədov

“Prezident dedi ki, get fikirləş...”  - Novruz Məmmədov
 

"Azərbaycanın Baş naziri olmaq təklifi mənim üçün də gözlənilməz oldu”.

Sfera.az xəbər verir ki, bu sözləri Baş nazir Novruz Məmmədov "Space” telekanalına yayımlanan "Sadə həqiqətlər" verlişində açıqlamasında bildirib.

N.Məmmədov vurğulayıb ki, Azərbaycanda son prezident seçkilərindən sonra ona Baş nazir postu təklif edilib:

"Hamımız çox razılıq, mənunluq içərisində idik. Seçkilər çox gözəl keçdi. Cənab prezident çağırıb dedi ki, səni Baş nazir olmağıvı təklif edirəm. Elə vəziyətdə qaldım ki... Fikirləşdim, bu mümkün olan şey deyil!

Cənab prezidentə dedim ki, Baş nazir olmağı mən bacarmaram... Hə, bunu dedim cənab prezident İlham Əliyevə. Dedim ki, sizin etimadınızı doğrulda bilmərəm. Mənim üçün bu çətin olar. Dedi ki, yox. Mənim bir neçə namizədim var. Onlardan biri sənsən. Düzü bu söz mənə biraz rahat oldu ki, məndən başqa da namizədlər var.

Ondan sonra bir dəfə də belə söhbətimiz (red: prezident İlham Əliyevlə) oldu. Onda da eyni təklifi etdi. Dedi ki, get fikirləş!?  Sonra fikirləşirdim ki, bu vəzifənin öhdəsindən necə gələcəyəm?

Bunu fikirləşə-fikirləşə bir neçə gün keçdi. Zəng etdi (red: prezident İlham Əliyev) dedi ki, Novruz Məmmədov sabah gedirsən Milli Məclisə...

Daha heç bir şey fikirləşməyə (red: prezident İlham Əliyev) qoymadı.(Gülür) Başa düşürəm bu vəzifə böyük etimaddır. Amma, mənim yükümü daha da çoxaldıb”. 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...