Polis saxta məlumat yayanlara XƏBƏRDARLIQ ETDİ

Polis saxta məlumat yayanlara XƏBƏRDARLIQ ETDİ
 

Mətbuatda dərc olunan məlumatların yoxlanılması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanunla tənzimlənir. 

Sfera.az  xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın dəqiqləşdirilməmiş məlumatların yayılması ilə bağlı sorğusuna cavab olaraq bildirib.

E.Hacıyevin sözlərinə görə, "Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanunda bu barədə konkret müddəa var: 

"Kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəb və əsaslar yarada bilər. Bunu nəzərə alaraq, jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, faktı icimailəşdirməmişdən əvvəl onu aidiyyatı üzrə dəqiqləşdirməlidirlər. Jurnalistlərlə yanaşı, sosial şəbəkə istifadəçiləri də rastlaşdıqları faktı, yaxud "feyk nyus”u rahatlıqla ictimailəşdirirlər.  

Bəzən əsassız yayılan informasiyanın dəqiqləşdirilməsi üçün saatlarla vaxt lazım olur. İnformasiya saytları ilə yanaşı, sosial mediada həmin məlumatlar kütləvi paylaşılır, informasiyanın mahiyyətindən xəbərsiz olanlar rəylər yazır, ittihamlar səsləndirirlər. Belə olduqda meyarlar pozulur. Bu, ənənəvi mediadan fərqli olaraq, sosial şəbəkələrdə ani emosional münasibət - isterika yaradır”.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...