Krİmİnal

Polis borclu kimi axtarılan 22 nəfəri saxladı

Polis borclu kimi axtarılan 22 nəfəri saxladı
 

Daxili İşlər Nazirliyi ötən gün ərzində ölkədə baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata əsasən, gün ərzində törədilən 16 cinayətin üstü "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən qalan 24 cinayətin təfərrüatları məlum edilib.

Axtarışda olan ümumi 49 nəfər, o cümlədən müki-hüquqi öhdəliklərdən yayınan 1 nəfər və borclu kimi axtarılan 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Həmçinin respublikanın avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Bundan əlavə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt qeydə alınıb. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829