“Pişik” Günel Zauru yaş yuyub, quru sərdi: “Şəxsi məsələləri “şitlik” dərəcəsinə gətirib çıxarır” - VİDEO

“Pişik” Günel Zauru yaş yuyub, quru sərdi: “Şəxsi məsələləri “şitlik” dərəcəsinə gətirib çıxarır” - VİDEO

Elə aparıcılar var ki, üç sözü birləşdirib cümlə qura bilmir.

Sfera.az xəbər verir ki, bu sözləri "Pişik” ləqəbi ilə şou-biznesdə tanınan müğənni Günel Ələkbərova "Space” TV-də yayımlanan "Onda başladıq” səhər şousunda deyib.

O, "Xəzər” TV-də yayımlanan "5-də-5” axşam şousunun aparıcısı Zaur Kamalı tənqid atəşinə tutub:

 

"Mən heç kimdən çəkinmirəm. Ad da açıqlaya bilərəm. Elə biri Zaur Kamal. Zaur müğənnini çağırır, canlı efirdə onu alçaldır. Sən aparıcısan. İnsan özünü ilk növbədə doğru-düzgün aparmalıdır. Sən veriliş aparırsan. Öncə gərək özünü düzgün aparasan, sonra da proqram aparasan. Çünki veriliş aparmaq bir məsuliyyətdir.

Görəndə ki, sənə qarşı hörmətsizlik edir, cavabını verirsən. İkinci dəfə bunu görəndə, artıq üçüncü dəfə bu verilişə getməli deyilsən. Bir çox müğənnilər efir xatirinə pul ödəyir, onun verilişinə gedir. Şəxsi məsələləri "şitlik” dərəcəsinə gətirib çıxarırlar.

Belə şeylər kənardan çox biədəb görünür. Camaatı yoxlayır ki, bədəninin hansı bölgəsində plastik əməliyyat keçirmisən. Heç dəxli var? Müğənnilərin çoxu "sökülüb sıfırdan yığılıb”. Elə şeylər var ki, olmaz!

Mən bir tək burnumda və dodağımda əməliyyat keçirmişəm. Plastik əməliyyat keçirən müğənnilərdən söhbət düşəndə üçüncü mənim adım çəkilir. Başqa variant yoxdur”. (oxu.az)


 


OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...