Maraqlı

Peyğəmbərləri yetişdirən, 3 dini birləşdirən, dünyanı idarə edən ölkə - FOTOLAR

Peyğəmbərləri yetişdirən, 3 dini birləşdirən, dünyanı idarə edən ölkə - FOTOLAR

Xaricə getmək bir çox psixoloji, eləcə də maddi cəhətdən asan məsələ deyil: Başqa dil, fərqli mədəniyyət, müxtəlif yemək və s. Lakin müxtəliflikləri sevən və kifayət qədər pulu olan insan belə layiqli seçim istiqamətləri üzərində baş sındırmalı olur. Əgər siz payız aylarında səfər edə biləcəyiniz isti ölkə axtarırsınızsa, heç düşünmədən İsrailə gedin. Dünyanın yeganə yəhudi ölkəsi ilə tanış olmaq üçün çoxlu səbəblər var.

 

Beləliklə Publika.az-ın "Yolçu” layihəsi çərçivəsində bu həftə oxucuları həm görməli yerləri ilə zəngin olan, həm də maddi baxımdan olduqca sərfəli olan İsrailin görməli yerləri ilə tanış etmişik.

 

Mədəni istirahət yalnız həyat səviyyəsi yüksək olan sivil ölkədə mümkündür!

 

Image result for Israel

 

Birincisi, bu arzunu reallaşdırmaq üçün gözləməli olmayacaqsınız. Məsələ ondadır ki, İsrailə getmək üçün viza lazım deyil. Əlbəttə ki, siz oraya işləməyə yox, istirahətə gedirsinizsə, istənilən vaxt təyyarə minib bu ölkəyə uça bilərsiniz. İkincisi, bu ölkədə ilin bütün fəsilləri kurort mövsümüdür. Bir neçə iqlim zonalarının mövcudluğu demək olar ki, ilin 365 günü dənizdə günün altında dəriniz qaralanadək istirahət etməyə imkanı verir. Təsadüfi deyil ki, bu ölkəyə hər il minlərlə turist gəlir. Yeri gəlmişkən, dünyanın bir çox ölkəsindən yay aylarında dincələ bilməyən turistlər İsrailə məhz payız aylarında gəlir. Üçüncü isə bu ölkədə təhlükəsizlik baxımdan hər şey yüksək səviyyədədir. Odur ki, narahat olmağa dəyməz, turistlər burada özünü çox sakit hiss edir, şəhər ətrafı qalalar sanki xoşməramlı turistləri qorumaq üçün tikilib.

 

Image result

 

Yaxın şərqdə yerləşən İsraildə 8,002,300 əhali yaşayır. Yerusəlim İsraillilərin Müqəddəs torpağıdır. Paytaxtları Tel-Əviv şəhəridir. Dini inanclari İudaizmdir. Müqəddəs Kitabları Zəbur və Tövratdır.

 

İsrail Asiya, Avropa və Afrikanın kəsişmə nöqtəsində yerləşən dövlətdir. Qərbində Aralıq dənizi, şimalında Livan və Suriya, şərqində İordaniya, cənubunda Misir və Qırmızı dəniz yerləşir.

 

Müxtəlifliyi

Burada böyük turizm sənayesinin olması heç bir turistə ev barədə darıxmağa imkan verməyəcək. İsrailə səfərə getmək üçün turizm agentliklərinə qaçmaq lazım deyil, qiymətləri müqayisə edin və otellər arasından ən sərfəlisini seçin. İsrailin tur operatorları ilə əlaqə saxlayaraq, özünüz üçün ideal istirahət təşkil edə bilərsiniz.

 

Siz bu balaca torpaqda o qədər mədəniyyət abidələri, dini və tarixi yerlər cəmlənib ki, siz onları ziyarət etməkdən bəlkə də yorulacaqsınız. Bu balaca ölkədə hər kəsi heyrətləndirə biləcək qədər görməli yer var. İsrailə dəfələrlə gəlməyinizə baxmayaraq, dəniz, çimərliklər, dağlar, dayvinq, müqəddəs yerlər, safari və digər görməli yerlər sizə artıqlaması ilə unudulmaz təəssüratlar bəxş edəcək.

 

Dünyanın ən gözəl dənizləri

 

Image result for Israel beach

 

Image result for Israel beach

İsrail düz 3 dəniz ilə əhatələnib: Aralıq, Qırmızı və Ölü. Siz bu dənizlərin istənilən bir çimərliyində uzanıb qaralmaq üçün həmişə boş şezlonq tapa biləcəksiniz. Bu yay dincələ bilməmisinizsə, onda mehriban və qonaqpərvər İsrail sərin Bakı payızını unutdurmaq üçün əlverişli yerdir. Əgər səfərin məqsədi ekskursiya deyilsə, onda Qırmızı dənizin qumlu sahillərinə üz tutun. Burada il boyu havanın temperaturu 21-25-dən aşağı düşmür. Bəzi turistlər üçün dəniz suyu sərin olarsa, hoteldəki suyu qızdırılmış hovuzlarda üzə bilər. Qırmızı dəniz müxtəlif nadir sualtı dünyası ilə tanınır, həm də dayvinqdən həzz almaq üçün gözəl imkandır.

 

Ölü dəniz

Image result

 

Sakit istirahət həvəskarları, eləcə də müalicə almaq istəyənlər Ölü dənizdə yerləşən unikal kurortlara: dünyanın ən yaxşı spa-salon və klinikalarına göndərilir. Fəal istirahət etmək istəyənlər birmənalı olaraq, Eylatı seçirlər. Araqlıq dənizində dincəlmək istəyənlər isə Tel-Əvivə, Nataniyə, bəziləri isə Xayfuya gedir. Aralıq dənizi bu ölkənin şərq hissəsini əhatə edir və burada kurort şəhərləri yerləşir. Onların arasında ölkənin paytaxtı  və YUNESKO-nun dünya irsi siyahısına "ağ şəhər" kimi düşən - Tel-Əviv, eləcə də qədim Hayfa, Bat-yam, Rişon-Leçion, Qerçliya, Netaniya kimi şəhərləri misal göstərmək olar. Burada siz  bütün problemləriniz və ehtiyaclarınız barədə unudacaq, qumlu sahilləri olan çimərliklərdə, turistlərin bütün tələblərə cavab verən yüksək səviyyəli mehmanxanalarda  çox yaxşı istirahət edəcəksiniz.

 

Hayfa şəhəri

Haifa

 

Dil problemi

İsraildə ingilis və ivrit dilində danışmağa ehtiyac yoxdur. Çünki əhalinin xeyli hissəsi rusca danışır. Artıq bir neçə on ildir ki, rus mühacir axını sayəsində israillilər rus dilini mənimsəyib. Yəni, İsraildə dil problemi yaşamayacağınızdan əmin ola bilərsiniz.

 

Brilyant almasanız, qayıtmayın!

Image result for israel mall

 

Tel-Əviv, Qüds, Hayfa kimi şəhərlərdə modapərəstlərin istəklərinə cavab verən bir çox bahalı brendlərin olduğu geniş və rahat ticarət mərkəzləri var. Xüsusi qeyd etmək lazımdır ki, İsrail brilyant satışı üzrə dünyada birinci yeri tutur. Dünyada ən iri almaz birjası burada yerləşir. Belə ki, dünyanın almaz istehsalının yarısından çoxunu İsrail ödəyir. Odur ki, brilyant daşları və qızıl-zinət əşyaları böyük istehsalçısı olan mağazalardan, dilerlərdən yüksək keyfiyyətli, o cümlədən birinci əl satışdan işlənməmiş və emal olunmamış almazlara sərmayə yatırmağı unutmayın.

 

Image result for israel diamonds

 

Müqəddəs yerlər

İsrail mədəniyyəti İsrail cəmiyyətinin müxtəlifliyi əsasında qurulur. Belə ki, dünyanın üç müqəddəs səmavi dinləri İsraildə yerləşir. Xüsusi diqqəti Qüdsə yetirmək lazımdır. Qüds həm yəhudilər, həm xristianlar, həm də müsəlmanlar üçün çox önəmli bir şəhərdir. Qüds üç böyük din arasındakı ortaq nöqtә kimi bәşәriyyәt tarixindә özәl bir әhәmiyyәt daşıyır.  Şəhərdə qala divarları ilə dövrələnmiş ərazidə üç səmavi dinin – islam, xristian və yəhudi dinlərinin müqəddəs məbədləri yerləşir. Lakin hansı dinə ibadət etməyinizdən asılı olmayaraq, İsraildə qəlbinizin dərinliklərinə qədər toxunan çoxlu müqəddəs yerlər tapacaqsınız.

 

Image result

 

Qüdsdә olan Əl-Əqsa məscidi müsәlmanların ilk qiblәsidir. Qüds müsәlmanlar üçün Məkkə vә Mədinədәn sonra üçüncü müqәddәs şәhәrdir. Müsəlmanlar üçün Qüds Əl-Əqsa məscidinin yerləşdiyi, xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə Gizli Görüş keçirdiyi, çarmıxa çəkildiyi və zühur etdiyi, yəhudilər üçün İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsdiyi yer, Süleyman peyğəmbərin sarayının olduğu, Davud peyğəmbərin şöhrət qazandığı şəhərdir.

 

Image result for Israel

 

Müsəlman, yəhudi, xristian məhəllələri

 

jerusalem

 

Qüdsə köhnə şəhərə yeddi qapıdan birindən keçməklə daxil olmaq olar. Köhnə şəhər müsəlman, yəhudi, xristian məhəllələrindən ibarətdir. İstənilən xristian, katolik və protestant üçün müqəddəs sayılan Via Dolorosa küçəsi, yaxud "Kədər Yolu" məhz müsəlman məhəlləsindən başlayır. "Kədər Yolu" - İsa peyğəmbərin Ponti Pilatdan Qolqofa qədər xaçını əlində tutaraq getdiyi yoldur. "Kədər Yolu" İsa peyğəmbərin edama məhkum edildiyi yerdən çarmıxa çəkildiyi və dəfn olunduğu Mələklər Kilsəsinə qədər uzanır. Bu ərazidə demək olar ki, bütün dini konfessiyaların kilsələri var.

 

Bet Şean

Image result for Beit Shean

 

Məbəd Kompleksindən salamat qalmış yeganə hissə olan divar Ağlama divarı adlanır. Yəhudilər buraya - məhv olmuş məbədə kədərlərini ifadə etmək üçün gəlir. Abidlər bura dua edir, bəziləri arzularını kağıza yazaraq divardakı deşiklərə soxur. Onlar ümid edir ki, Tanrı onların dualarını eşidəcək. Ekskursiyanı Masleniçnı dağları, Qefsiman bağları, Uspeniya Boqomateri, Gizli gecə kilsəsi, eləcə də hər bir xristianı üçün ən müqəddəs yer - Xaç Monastrı kimi müqəddəs ziyarət yerlərlə davam etdirmək olar.

 

Ağlama divarı

Image result for ağlama divarı

 

Betlehəm - İsanın doğulduğu yer

Bethlehem

 

Məlumat üçün onu da bildirək ki, Qüds və ya Yerusəlim dünyanın ən qədim şəhərlərindən biridir, Şərq hissəsi Fələstinin hüquqi paytaxtı, Qərb hissəsi hüquqi baxımdan İsrail dövlətinin nəzarətindədir.

 

 İsrailin cənubunda Nəcəf çölündə yerləşən qala.

Masada

 

İsa peyğəmbərin məzarı 

Bu yaxınlarda isə Qüdsün şərqində bina inşası üçün bünövrə qazılan zaman məzar aşkar edilib. İnşaat işçiləri bu barədə dərhal arxeoloqlara xəbər verərək, sirli ərazini tərk edib. İlk dəfə 1980-ci ildə aşkarlanan Talpiot məzarlığındakı qəbirlərin İsa peyğəmbərə və ailəsinə aid olduğu iddia edilir. Məzarda olan sümüklər üzərində kimyəvi üsulla tədqiqatlar aparılıb. İsrailli arxeoloq Aryeh Shimron, bu araşdırmalar nəticəsində qəbirlərin İsa peyğəmbərə, həyat yoldaşı Mari Maqdalenaya və oğlu Yehudaya aid olduğunu söyləyib. "Talpiot məzarlığındakı sümük nümunələri İsa peyğəmbərin evləndiyini sübut edir”, - deyən arxeoloq, İncildə qeyd edildiyi kimi, İsanın göyə yüksəlmədiyini iddia edib. İsrailli arxeoloqun bu iddiasının xristian aləmində yeni müzakirələrə yol açacağı gözlənilir.

 

Tarixi xarabalıqlar

İsraildə hər daş, hər xarabalıq tarixdir. Əgər siz tarixi yerlərin pərəstişkarısınızsa, onda siz İsraildə tarixin dərinliklərinə qərq ola bilərsiniz. İsrail hakimiyyəti təbii və tarixi qoruqlara xüsusi qayğı göstərir və turistlərə maraqlı yerləri gəzmək üçün geniş imkanı təklif edir. Yeri gəlmişkən, İsrail ərazisində 7 obyekt YUNESKO-nun dünya irsi siyahısına daxil olunub.

 

Mar Saba monastrı

Mar Saba Monastery

 

Dünyanın ən çox şirniyyat sevən xalqı

İsrailin milli mətbəxi çoxşaxəli ölkənin həyatı ilə tanış olmaq üçün gözəl imkandır. İsraildə milli mətbəxin nadir simbiozu unudulmaz kulinariya təəssüratı oyadacaq. Özü də İsrail milli mətbəxində istifadə olunan məhsulların zənginliyi, rəngarəngliyi və resepturaları çox fərqlənir. Milli xörəklərin çoxunun tarixi olduqca qədimdir. İudaimzdə də islam dinində olduğu kimi donuz əti və bəzi dəniz məhsullarını yeməyi qadağan edib. İsraillilərdə ət və süd xörəkləri mütləq ayrı-ayrılıqda servis  edilməlidir. Ət yeməklərində çəngəl və bıçaqdan istifadə etmək də qəti qadağandır. Belə yemək ənənəsi bütün kafe və restoranlarda tətbiq olunur. Lakin siz kurort regionlarında Avropa, çin və rus mətbəxinin təklif olunduğu restoranlara üz tuta bilərsiniz.

 

Image result

 

Image result

 

Image result

 

 

Image result

 

İsrail şirniyyatlarının və desertlərinin mütləq dadına baxın. İsraillilər şirniyyat həvəskarıdır, ona görə də şirniyyat məhsullarını xüsusi qayğı ilə hazırlayır. Yerli içkilərdən sakinlər müxtəlif şirə və çaya üstünlük verir, qəhvə isə İsraildə daha az yayılıb. İsraildə spirtli içki qadağan olunmasına baxmayaraq, onlar xüsusi günlərdə bir qədəh şərab içməyin əleyhinə deyil. İsrail arağı klassik rus arağını xatırladır, yalnız bir qədər yumşaq ola bilər. Üzüm sevən israillilər üzüm şərabı hazırlayır. Yordan və Karmiel şərablarını içməyi tövsiyə edirik.

Image result for Israel meals

 

İsrail səhiyyəsi

İsrail səhiyyəsi dünyada ən yaxşılarından biri hesab olunur. İsraildə müalicə üçün 4 vacib səbəb var. Birinci səbəb innovasiyaların birləşməsi, yüksək ixtisaslı həkimlər və texniki təchizatın olmasıdır. İkinci səbəb isə tibb sahəsinin İsrailin büdcəsində prioritet sayılmasıdır. Üçüncü səbəb İsrail həkimlərinin qabaqcıl texnologiyalara və innovasiyalara can atmasıdır. Digər üstünlük həkimlərin rus dilində danışmasıdır. Bu, azərbaycanlı xəstələr üçün çox tutarlı faktdır.

 

Yəhudilər haqqında maraqlı faktlar

Yəhudilər tarix boyu təlimləri yəhudi, xristian və müsəlmanlar üçün müqəddəs olan patriarx İbrahim; yəhudi və xristianların qanunverici hesab etdiyi Musa; İsa və onun davamçıları; xristianlığı yayan Paul kimi humanizmə təsir edən vacib fiqurlar yetişdiriblər.

 

Təkcə 20-ci əsrə nəzər yetirdikdə görərik ki, fizik Albert Eynşteyn, psixoanalizin atası Ziqmund Freyd, kommunist Karl Marks, iflic peyvəndinin yaradıcıları Conas Solk və Albert Sabin, Eynşteynin nəzəriyyəsi əsasında ilk atom bombasının yaradıcıları Feliks Blox, Nils Bor, Otto Friş, Robert Oppenheymer, Leo Szilard və Edvard Teller kimi şəxsiyyətlərlə yəhudilər müasir dünyanın formalaşmasında əsas rol oynayıb. Yəhudilər 1930-cu ildə Avropada nüvə fizikası sahəsində üstün olduqları üçün bu nəzəriyyə "Yəhudi fizikası” adlandırılır.

 

IQ-sü 140 və ya ondan çox olan yəhudilərin nisbəti digər etnik qruplardan altı dəfə böyükdür.

 

Dünya əhalisinin bir faizinin təxminən onda-ikisini təşkil edən yəhudilər 20-ci əsrin ikinci yarısında ədəbiyyat, tibb, fizika və kimya sahəsində əldə olunan Nobel mükafatının 29 faizini qazanıblar. Bu əsrdə həmin nisbət 32 faizə çatıb.

 

1870-ci ildən 1950-ci ilədək ədəbiyyat, musiqi, vizual incəsənət, biologiya, kimya, riyaziyyat və fəlsəfə sahələrində yəhudilərin liderliyi Avropa və Şimali Amerikada yaşayan əhalinin nisbəti ilə bərabərlik təşkil edib.

 

Yəhudilərin tibb, hüquq, maliyyə, ədəbiyyat, elm, kreativ incəsənət və mediada üstünlük təşkil etmələri digər insanları heyrətə gətirir.

 

Bundan başqa, əsrlər boyu yəhudi kişiləri öz etiqadlarına sadiq qalmaq və uşaqlarını öyrətmək üçün ictimaiyyət qarşısında həmişə hündürdən oxuyub. Murrey bildirir ki, dini oxumağı bacarmayan və ayinləri yerinə yetirə bilməyən aşağı intellektual səviyyəyə malik yəhudilər dindən uzaqlaşırlar.

 

Yəhudilər etnik təmizliyi ötürmək üçün öz qrupları çərçivəsində ailə qurmağa davam ediblər.

 

İsrail dünyanın yeganə ölkəsidir ki, burada həyat yəhudi təqviminin ətrafında fırlanır.

 


XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031