Pandemiya milyonlarla qadını işsiz qoyub

Pandemiya milyonlarla qadını işsiz qoyub
2021-ci ildə əmək qabiliyyətli yaşda olan qadınların 43,2 faizi, kişilərin 68,6 faizi iş tapa biləcək.


Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, belə bir proqnozla Beynəlxalq Əmək Təşkilatı (ILO) çıxış edib.

 

ILO hesab edir ki, pandemiya ilə əlaqədar qadınların iş tapmaq imkanı cari ildə də aşağı səviyyədə olacaq. Qurum yeni iş tapan qadınların sayının 2021-ci ildə 2019-cu ilə nisbətən 13 milyon nəfər az olacağını güman edir.

 

İLO COVİD-19 pandemiyasının əmək bazarında qadınlarla kişilər arasında bərabərsizliyi bir qədər də pisləşdirdiyini düşünür. Məlumatlara əsasən, 2019-2020-ci illərdə qlobal səviyyədə qadınlar arasında məşğulluq səviyyəsi 4,2 faiz azaldığı halda, kişilər arasında məşğulluq səviyyəsində azalma 3 faiz olub.

 

 

Qadınlar arasında məşğulluq vəziyyətinin daha çox pisləşməsi Ərəb ölkələrində, Asiya-Sakit okeanı regionunda, Avropada, Orta Asiyada və Afrikada qeydə alınıb.

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR