Oqtay Əsədov \"infarkt\" diaqnozu ilə xəstəxanaya yerləşdirildi - SON DƏQİQƏ

Oqtay Əsədov \
Milli Məclisin (5-ci çağırış) spikeri, indi isə deputatlığa namizəd Oqtay Əsədovun Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Sfera.az Turan-a istinadla xəbər verir ki, Əsədov fevralın 9-da, günün ikinci yarısında xəstəxanaya infarkt diaqnozu ilə yerləşdirilib.

Mərkəzi Klinik Xəstəxanasından Turana bu məlumatı nə təsdiqləyib, nə də təkzib ediblər. "Bizim bu barədə məlumatımız yoxdur", - xəstəxanadan bildirilib.

OXŞAR XƏBƏRLƏR