OBA-da yeni marketinq direktoru: ONUN GƏLİŞİ NƏLƏR VƏD EDİR?

OBA-da yeni marketinq direktoru: ONUN GƏLİŞİ NƏLƏR VƏD EDİR?
 

Tanınmış PR və marketinq kommunikasiyaları eksperti Vüqar Baba OBA marketlər şəbəkəsinin Marketinq və Kommunikasiya Departamentinə direktor təyin olunub. O, həmçinin şirkətinin idarə heyətində təmsil olunacaq.

 

Məlumatı "Marja”ya təsdiqləyən Vüqar Baba bildirdi ki, şirkət rəhbərliyinin ona göstərdiyi etimadı doğrultmağa, OBA brendini layiq olduğu zirvəyə daşımağa çalışacaq:

 

"Dünyada geniş yayılmış "discount market” – endirim mağazaları formatını Azərbaycana gətirən OBA sürətlə böyüyərək qısa müddətdə 820 mağazası ilə ölkənin ən iri xidmət şəbəkəsini qurub. Üç il ərzində şirkət əsas diqqəti bütün Azərbaycanı əhatələyərək əhaliyə yaxşı məhsulu uyğun qiymətə çatdırmağa yönəldib və bu istiqamətdə var gücü ilə çalışıb. Təbii ki "discount market” təcrübəsi ilə ilk dəfə qarşılaşan – məhsulları bu cür ucuz qiymətə əldə edə bilən vətəndaşlarda bəzən məhsulun keyfiyyəti, etibarlılıq müddəti ilə bağlı şübhələr də yaranıb”.

 

Departament rəhbəri qeyd olunan şübhələri aradan qaldırmaq üçün OBA-nın ucuzluq sirrlərinin ictimaiyyətlə paylaşılacağını söyləyib:

 

"OBA Türkiyənin BİM və A101, Almaniyanın Lidl və Aldi, ABŞ-ın Walmart, Rusiyanın Да! və s. tipli nəhəng endirim marketlərinin iş formatını tətbiq edərək keyfiyyətli məhsula uyğun qiymətdə nail olur. Bu metod – OBA-nın effektiv iş prinsipləri barədə tezliklə cəmiyyət detallı formada məlumatlanacaq”.

 

Vüqar Baba bundan öncə AS Şirkətlər Qrupunun Marketinq və Satış Departamentinin direktor müavini vəzifəsində çalışırdı.


OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...