Novxanı yolunda ölümlə nəticələnən qəzada yaralan şəxslərin kimliyi və vəziyyəti

Novxanı yolunda ölümlə nəticələnən qəzada yaralan şəxslərin kimliyi və vəziyyəti
 

Ötən gün Novxanıda ağır qəzada xəsaərt alan şəxslərin kimliyi məlum olub.

Sfera.az Tend-ə istinadən xəbər verir ki, 3 nəfərin ölümü ilə nəticələnən qəzada 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar iki müxtəlif şəhər xəsətəxanalarına çatdırılıblar.

Minik avtomobilinin sürücüsü 1999-cu il təvəllüdlü Məmmədova Nahidə Faiq qızı, bacısı 1995-ci il təvəllüdlü Məmmədova Fəridə Faiq qızı, 1976-ci il təvəllüdlü Məmmədova Gülgün, 2018-ci il təvəllüdlü Məmmədov Ramal Rəşad oğlu 3 saylı Şəhər klinik Mərkəzə yerləşdiriliblər.

Məmmədov Samir İnqlab oğlu və Süleymanov Pərviz Mehman oğlu isə 1 saylı Klinik Tibbi Mərkəzə çatıdırılıblar. Hər iki şəxsə bud sümüyünün sınığı diaqnozu qoyulub, onlar reanimasiya şöbəsində müalicə alırlar.

 

Xatırladaq ki, ötən gün Binəqədi-Novxanı şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Chevrolet" markalı avtomobil "Mercedes"lə toqquşub. "Mercedes"də olan şəxslər dünyasını dəyişiblər.


OXŞAR XƏBƏRLƏR