Müdafiə Nazirliyi rus raketi ilə bağlı açıqlama verdi

Müdafiə Nazirliyi rus raketi ilə bağlı açıqlama verdi
Azərbaycan "Bal-E” raket sistemlərinin alınması barədə Rusiyaya müraciət etməyib.
 
Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən son günlər müxtəlif KİV-lərdə Azərbaycanın "Bal-E” raket sistemlərinin alınmasında maraqlı olduğu, lakin Rusiyanın kompleksin satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatları şərh edərkən bildiriblər.

Qeyd olunub ki, bununla bağlı heç bir rəsmi danışıq aparılmayıb:
 
"Rəsmi olaraq bildiririk ki, adıçəkilən "Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksi əldə etmək niyyətimiz də olmayıb. Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir”.
 

OXŞAR XƏBƏRLƏR

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, vitse-spikerin qayınata...

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Albert Eynşteyn nəzəri fizika deyildikdə ağıla ilk gələn şəxs olmaqla yanaşı, həm də elmin müasir simvollarından biridir. Eynşteynin 1922-ci ilin oktyabrından 1...

Əri tərəfindən diri-diri basdırılan qadın 12 saat sonra sağ tapıldı - FOTO

ABŞ-da Vaşinqton ştatından olan kişi həyat yoldaşını döyərək diri-diri basdırmağa cəhd etdiyinə görə məhkum edilib. O, bu hərəkətini narkotikin təsiri ilə əlaqə...

Süni intellekt bu xəstəliyə düzgün diaqnoz qoya bilmir

Amerikalı kardioloqlar ürək xəstəliyi riskinin qiymətləndirilməsində ChatGPT çatbotunun faydalılığını təhlil ediblər. Sfera.az xəbər verir ki araşdırmanı...

Bu meyvələr həzm üçün zərərlidir

Yayda çoxlu meyvələrdən həzz ala bilirik. Bu meyvələr təkcə susuzluğumuzu yatırmır, həm də orqanizmimizi, sağlamlığımızı və enerjimizi qoruyub saxlamağa kömək e...

Sərhədimizdəki bu kənd minalardan təmizləndi - Yol açıldı

Saat 19:00-dan etibarən Kirants kəndinə gedən yol açılıb. Hazırda kəndin hər tərəfindən giriş maneəsizdir.   Sfera.az xəbər verir ki, bu barədə ...