Dünya

Məşhur telekanal Putinin həyatı haqqında film çəkəcək

Məşhur telekanal Putinin həyatı haqqında film çəkəcək
İngiltərənin "Chanel 4” kanalı Rusiya prezidenti Vladimir Putin haqqında sənədli film çəkəcək.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, film "Rogan Productions” şirkəti tərəfindən ərsəyə gələcək. 3 hissəli sənədli film Rusiya, Amerika, Avropa və İngiltərədə lentə alınacaq. Filmdə Rusiya liderinin kəşfiyyatçı bacarıqları, cavanlığı, siyasi kariyerasından və Rusiyanın tarixindən bəhs ediləcək.
İcraçı prodüser Ceyms Roqannın sözlərinə görə, dünyada nələrin baş verdiyini anlamaq üçün Vladimir Putini başa düşmək lazımdır: "O, 21-ci əsrin ən böyük siyasətçilərindəndir”.
Filmin hansı tarixdə yayımlanacağı haqqında hələ ki, heç bir məlumat verilməyib.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30