“MƏNZİLLƏR BAHALAŞACAQ…” – Ekspert bunu şərtləndirən səbəblərdən danışdı

“MƏNZİLLƏR BAHALAŞACAQ…” – Ekspert bunu şərtləndirən səbəblərdən danışdı

 

"Yeni vergi sisteminə keçidlə əlaqədar tikinti şirkətləri mənzillərin qiymətində müəyyən artımlara getməyə məcbur olacaqlar”.


Sfera.az-a açıqlamasında bu sözləri 2020-ci ilin 1 yanvar tarixindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun ləğv edilməsi və həmin şəxslər tərəfindən vergi öhdəliklərinin vahid metodla - ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirməyə keçidlə əlaqədar baş verəcək prosesin mənzillərin qiymətinə təsirinin olub-olmayacağı məsələsinə aydınlıq gətirərkən Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib:

 

"Atılan addım tikinti şirkətlərinin maya dəyərinə mənfi təsir etsə, şirkətlər qiymətləri bahalaşdıra bilərlər. Bu da son nəticədə daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsinə təsir edəcək. Təbii ki, sözügedən qaydanın tətbiqi nəticəsində inşaat materiallarının alınması zamanı şirkətlər əlavə xərcə düşməli olacaq. Ona görə ki, qara bazarda olan inşaat materiallarının qiyməti əslində nisbətən ucuzdur”.

 

Ekspert düşünür ki, sözügedən proses nəticəsində kiçik inşaat layihələrində qiymətlər qalxacaq: "Amma inşaatın həcmi böyükdürsə, bu kimi layihələrdə maya dəyəri nisbətən aşağı olur. Bu kimi iri həcmli layihələrdə tikinti şirkətləri gəlirdən itirməyəcək.Bununla belə sözügedən təcrübə hələ ki, Azərbaycanda olmadığından dəqiq söz deməkdə çətinlik çəkirik. Yeni inşaat normativlərilə əvvəlki inşaat həcmi təxminən 30 faiz aşağıdır. Məsələn. əvvəllər 1 hektar torpaqda tikinti şirkətləri sərbəst 40-50 min kv.m-lik inşaat işləri həyata keçirə bilirdi. İndiki normativlə isə 25-26 min kv.m-dən artıq inşa edə bilmirlər. Deməli, inşaatın həcmi azalır. Həcmin azalması fonunda da tikinti şirkətləri daha az qazanc əldə edir. Üstəlik yeni vergi sisteminə cəlb olunma metodu tikinti şirkətlərinə, onların inşa etdikləri binalarda maya dəyərinə təsir edəcək. Ona görə də güman ki, yeni vergi sisteminə keçilməsilə tikinti şirkətləri tikdikləri mənzillərin qiymətində müəyyən artımlara getməyə məcbur olacaqlar. Bu da onu göstərir ki, baş verəcək hadisə ümumi bazara təsirsiz ötüşməyəcək. Sadəcə, təsirin həcmini müəyyən etmək hələlik mümkün deyil, çünki təcrübə yoxdur”.

 

 

Elçin

Sfera


OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...