Məmmədyarov sensasiyalı bəyanat verdi - Rusiya KİV

Məmmədyarov sensasiyalı bəyanat verdi - Rusiya KİV
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağın taleyi haqqında gizli danışıqlar başlandı.

Bu barədə Rusiyanın "lenta.ru” saytı yazıb.

Məqalədə bildirilir ki, münaqişə ətrafında vəziyyət dəyişib, tərəflər hərbi bəyanatlardan nisbi sakitliyə keçiblər:

"Mümkündür ki, tərəflərdən birində inandırıcı arqumentlər var, yaxud kimsə güzəştə getməyə qərara gəlib. Bəlkə də bu münaqişənin müharibə olmadan həmişəlik həlli üçün tərəflər razılığa gəliblər. Erməni müşahidəçilərinin məlumatına görə, 2018-ci ilin son 130 günü ərzində Qarabağda, yaxud Ermənistan-Azərbaycan sərhədində heç bir erməni əsgəri rəqibin gülləsindən həlak olmayıb, sakitlik bu gün də davam edir. Bunun fonunda hər iki tərəfin ritorikası da yumşalıb. Nə vaxtda İrəvan və Bakının belə yumşalmasını xatırlamaq çətindir. Lakin Ermənistanda hakimiyyət dəyişəndən sonra erməni baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə qeyri-rəsmi görüş keçirdi və bundan sonra tərəflərin yumşaq tona keçdiyi müşahidə olunur. İki ölkənin xarici işlər nazirləri isə tam protokol formada görüşlər keçirirlər. Dekabrda Milanda keçirilən görüşdən sonra Elmar Məmmədyarov sensasiyalı bəyanatla çıxış etdi:

"Hesab edirəm ki, son görüşdə biz erməni həmkarımla uzun illər ərzində ilk dəfə qarşılıqlı anlaşmaya nail olduq”. Buna cavab olaraq, Zöhrab Mnatsakanyan Məmədyarovu təriflədi”.

Sayt qeyd edir ki, tərəflər bağlı qapılar arxasında münaqişənin həllini yaxınlaşdıra biləcək nəsə yeni məsələləri müzakirə edirlər.

"Belə təəssürat yaranır ki, ya "Madrid prinsipləri” gündəlikdən çıxarılıb, ya da bu sənəd üzərində ciddi şəkildə işlənilir. Görünür, yeni prinsipləri həmsədrlər yox, birbaşa münaqişə tərəfləri hazırlayıb. Mnatsakanyan azərbaycanlı həmkarı ilə görüşdən sonra "Parisdə və Davosda keçirilən görüşlərimiz olduqca əhəmiyyətlidir. Bu görüşlər əsasında biz vasitəçilərlə müzakirələrə başlayırıq”, - deyə bildirdi. Başqa sözlər, Bakı və İrəvan münaqişənin həllində təşəbbüsü öz əllərinə alıblar”, - deyə məqalədə qeyd olunur.Publika

OXŞAR XƏBƏRLƏR

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...