Məktəblərdə Yeni il şənliklərinə görə bilet satılır? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə Yeni il şənliklərinə görə bilet satılır? - RƏSMİ AÇIQLAMA
Bakıda 194 nömrəli tam orta məktəbin şagirdlərinin valideynləri onlara Yeni il şənliyi üçün biletlərin satılmasından narazılıq ediblər.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, Yeni il şənliyi üçün şagirdlərə biletlər paylanılıb.


194 nömrəli tam orta məktəbdən bildirilib ki, məktəb rəhbərliyi Yeni il şənliyi üçün biletləri valideynlərin xahişi ilə sinif rəhbərlərinə paylayıb:


"Bu gün sinif rəhbərləri ilə iclas keçirilmiş, bütün biletlər geri götürülmüşdür. Şagirdlərə bilet paylanılmasına baxmayaraq, günün sonunadək onlara verilmiş bütün biletlər də yığılacaq. Həmçinin tədbirin tamamilə təxirə salınması üçün sinif rəhbərlərinə göstəriş verilib".


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, ümumi təhsil məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar biletlərin satışı yolverilməz hesab olunur:


"Müxtəlif qurumlar tərəfindən ümumi təhsil müəssisələrinə bilet satışı ilə bağlı edilən məqsədli müraciətlərə qoşulmaq və ya məktəbdə ödənişli tədbirin təşkili hallarına görə məktəb rəhbərliyi şəxsən məsuliyyət daşıyır. Bu kimi hallara qarşı ciddi tədbirlər görülür".
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...