Məhərrəmlik başladı, Tramp Yezid elan edildi

Məhərrəmlik başladı, Tramp Yezid elan edildi
 

ABŞ Prezidenti Donald Tramp İraq diktatoru Saddam Hüseynin  40 il öncəki İran işğalından dərs almalıdır, yoxsa özü də eyni taleni yaşayar. Bu xəbərdarlığı "The National Interest” dərgisində Assal Rad səsləndirir.

Müəllif İmam Hüseynin, yeddinci əsrdə Kərbəla düzündə baş verənlərin bugünkü şiə İranında oynadığı rola toxunur, bu irsin iranlılardan ötrü bir çox çətinliklərə, hətta müharibə təhdidlərinə sinə gərməkdə güc mənbəyinə çevrildiyini vurğulayır.

"Tramp administrasiyası və Vaşinqtonda İrana qarı sərt mövqedə olanlar İranla müharibənin sürətli və asan başa gələcəyini düşünürlər. Milli təhlükəsizlik müşaviri Con Bolton Xalq Mücahidləri (MEK) təşkilatının toplantısında deyirdi ki, 2019-cu il gəlməmiş oxşar yığıncaq Tehranda olacaq, yəni, o, rejimin tezliklə çökəcəyini nəzərdə tuturdu...

Trampın özü "İranın rəsmi sonu” təhdidini dilə gətirib, İranla müharibənin qısamüddətli olacağını deyib”, – müəllif yazır. Ancaq inamlı ritorikaya baxmayaraq, ortadakı dəlilin ABŞ-dakıları tərəfində olmadığını vurğulayır.

"İran sonuncu dəfə irimiqyaslı müharibəni 1980-ci ildə İraqın işğalına məruz qalandan sonra aparıb. Elə Tramp administrasiyasının indi düşündüyü kimi, Saddam Hüseyn hesab edirdi ki, inqilabdan sonrakı İranın zəifliyi, sabitsizliyi onun xeyrinə olacaq. İraq başlanğıcda uğur qazandı, Xürrəmşəhri  tutdu, ancaq xarici işğal ölkəni hərəkətə gətirdi, iranlılar vətənlərini qorumağa səfərbər oldular və bu, İslam Respublikasını möhkəmlətdi.

İranın müdafiəsi yüksək millətçi hisslərlə dərk edilirdi, amma şiə simvolları ilə də çuğlanmışdı. İraq daha hazırlıqlı, daha yaxşı təşkil olunsa da, dünyanın bir çox güclü dövlətləri onu dəstəkləsə də, İranın qüdrətli ideologiyası vardı. İslam respublikası xalqın dini hisslərindən yararlandı, di gəl, bunu yalnız ona görə edə bildi ki, dövlət mövcud meyldən yararlanırdı. Hüseyni döyüş meydanında tək qoymuş Kufə sakinlərindən fərqli olaraq, iranlılar itaəti rədd elədilər, həyatlarını qurban verməyə hazır idilər və Hüseynin bayrağı altında savaşdılar”, – məqalədə deyilir.

Müəllif İranın silahlı qüvvələrinin bu gün yaxşı təşkil və təchiz olunmuş vəziyyətdə olduğunu yazır. 40 illik avtoritar idarəçilik iranlılar arasında böyük narazılıq yaratsa da, Tramp administrasiyasının siyasəti İranın sərt xətt tərəfdarlarının əlinə oynayıb. "Nüvə sazişindən çıxan, sıravi iranlılara zərbə vuran qəddar sanksiyaları tətbiq edən, iranlıların məğrur hisslərini təhqir edən Tramp istibdad və ədalətsizlik simvoluna, müasir Yezidə çevrilib”, – müəllif yazır.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...