Maşını çaya aşırdı, sərnişini öldü - FOTO

Maşını çaya aşırdı, sərnişini öldü - FOTO
 

Lənkəranda ölümlə nəticələnən yol qəzası olub.

Sfera.az xəbər verir ki, hadisə dünən saat 18 radələrində, Lənkəran-Lerik yolunun 40-cı kilometrliyində baş verib. 34 yaşlı Qurbanov Mail Hətəmxan oğlu idarə etdiyi "KİA SORENTO” markalı avtomobillə Lənkəran istiqamətində hərəkətdə olarkən qarşı zolağa çıxaraq, körpüdən çaya aşırıb. Nəticədə avtomobildə olan 38 yaşlı Noda kənd sakini Ağayev Nazim Möhübbət oğlu aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Onun həmkəndlisi olan digər sərnişin, 37 yaşlı Ağayev Vüsal Cəlil oğlu baş nahiyəsinin əzilmiş yaraları və hemotoz vəziyyət diaqnozu ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Lerik rayon Polis Şöbəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR