Dünya

Macarıstanda Türk Şurasının Nümayəndəliyi fəaliyyətə başlayıb

Macarıstanda Türk Şurasının Nümayəndəliyi fəaliyyətə başlayıb
 

Macarıstanın paytaxtı Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Nümayəndəliyinin açılış mərasimi keçirilib.

Sfera.az-ın APA-ya istinadən  xəbərinə görə, açılış mərasimində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Macarıstanın Xarici İşlər nazirləri iştirak ediblər.   

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. 

 

Bu yaxınlarda Özbəkistan Türk Şurasına üzv olmaq barədə qərar qəbul edib. Türkmənistan isə müşahidəçi dövlət kimi Türk Şurasına üzv olmaq niyyətindədir.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü oktyabrın 14-15-də Bakıda keçiriləcək.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031