Krİmİnal

“Laçın”ın sahibinin oğluna hökm oxundu

“Laçın”ın sahibinin oğluna hökm oxundu

Bu il fevralın 9-da piyadanı vurub öldürməkdə təqsirləndirilən iş adamının oğlu Sunay Vəliyevə hökm oxunub.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, Xətai rayon Məhkəməsinin hökmü ilə S.Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

S.Vəliyev "Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. O, bahalı maşın kolleksiyalarını sosial şəbəkələrdə yaymaqla tanınıb. Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib.

1980-cı il təvəllüdlü S.Vəliyev Zığ yolu küçəsində idarə etdiyi "Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olub.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031