Kuznetsovdan Qarabağ açıqlaması: Məhv etmək...

Kuznetsovdan Qarabağ açıqlaması: Məhv etmək...
ABŞ ərazisində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə danışıqlar yolu ilə həll edilməsi mümkün deyil.

Bu sözləri rus tarixçi və politoloq Oleq Kuznetsov rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi haqda olan təklifini şərh edərkən deyib.

"Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın roluna gəldikdə, eyni şeyi söyləyəcəyəm. 1992-ci il noyabrın 24-də ölkədə Azadlığın Müdafiəsi Aktı adlı bir milli qanun qəbul edildi. Bu qanunun 907-ci maddəsinin rus dilinə tərcüməsində məzmunu kontekstdə belə görünür: ABŞ hökuməti Azərbaycan hökumətinə Ermənistan və Dağlıq Qarabağa iqtisadi blokada tətbiq olinduğu və və digər zorakılıq aktları törədildiyi müddətdə Azərbaycan hökumətinə texnoloji və hərbi-texniki yardım göstərməyəcək”, – deyə politoloq bildirib.

Ekspertin sözlərinə görə, Amerika Rusiyadan və Fransadan fərqli olaraq, qanunvericilik səviyyəsində uzun illərdir ki, Qafqazdakı ikinci erməni dövlətinin müstəqilliyini tanıyır və dünyada hər kəs bunu bilir:

"Amerika siyasətçiləri öz ölkələrində öz qanunlarını açıq şəkildə pozmur və dövlət katibi Pompeo da bunu etməyəcək.

O, Amerika qanunvericiliyinə ciddi əməl edəcək və buna görə ABŞ-da dialoqun və müzakirələrin gedişatının növbəti mərhələsində Azərbaycan nümayəndə heyətini ABŞ qanununa əməl etməyə və Qarabağın müstəqilliyini tanımağa məcbur edəcək.

Zənnimcə, siyasi karyeranı təhlükə altına almaq, öz milli qanunvericiliyini pozmaq fikri yoxdur. Amerikalılar qanunvericiliyini çox nadir hallarda – yalnız obyektiv reallıqlara ziddirsə, dəyişirlər.

ABŞ-ı Dağlıq Qarabağın müstəqilliyini tanımamağa məcbur etmək üçün yalnız bir yolu var: Vyetnamın zamanında Sayqonu məhv etdiyi kimi bu terrorçu qondarma dövləti müharibə yolu ilə məhv etmək.

ABŞ ərazisində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə danışıqlar yolu ilə həll edilməsi mümkün deyil”.Axar

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...