\"Koronovirusdan ölənlərin sayı qripdən ölənlərin sayından çox deyil\" - Həkim təşvişə əsas görmür

\

Tanınmış həkim-psixoterapevt, əvvəllər AzTV telekanalında "Ailə həkimi" verilişinin aparıcısı olmuş Əli Nağıyev koronavirusla bağlı vacib açıqlama ilə çıxış edib.

Sfera.az xəbər verir ki, həkim koronovirusla başlı müşahidə olunan aşırı təşvişə əsas olmadığını bildirib: "Koronavirusla bağlı çox qorxulu məlumatlar yayılır. Bu qorxu özü daha çox öldürmə qabiliyyətinə malikdir, nəinki virusun özü. Koronavirus adi qrip viruslarının bir növüdür ki, ağciyəri zədələmə ehtimalı var. Ehtimalı var, bu o demək deyil ki, o mütləq ağciyəri zədələyir. Hər xəstədə bu olmur. Koronavirusdan ölmə faizi bugünkü statistikaya görə dünyada qripdən ölənlənlərin faizindən elə də çox deyil. Özünüzə bu qədər psixoloji əziyyət verməyin.

Koronavirusdan ölənlər əsasən yaşlı, ahıl insanlardır. İmmuniteti güclü olan heç kəs bundan ölmür. 80 minə yaxın virusa yoluxanların ortalama 2 mini ölübsə, bu çox da böyük faiz deyil. Bunu nəzərə alın. Bizim ölüm tariximizi koronavirus yox, Allah müəyyənləşdirir. Bu qədər də qorxuya, xofa düşməyin heç bir məntiqi yoxdur".







OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...