Koronavirusa görə Azərbaycan klubundan ayrıldı

Koronavirusa görə Azərbaycan klubundan ayrıldı
 

Qadınlardan ibarət "Azərreyl" klubu voleybolçusu Doris Pişmatla yollarını ayırıb.

 

Sfera.az klubun saytına istinadən xəbər verir ki, komanda koronavirusla bağlı Azərbaycan çempionatında yaranmış fasilə ilə əlaqədar olaraq xorvat oyunçu ilə müqaviləni ləğv edib.

 

20 yaşlı hücumçu pandemiyaya görə Bakı klubundan ayrıldığını bildirib. Pişmat mövsümün əvvəlində Zaqreb "Dinamo"sundan "Azərreyl"ə keçmişdi.


OXŞAR XƏBƏRLƏR