İstanbulda binada yanğın ba. verdi, azərbaycanlı hamilə qadın xilas edildi

İstanbulda binada yanğın ba. verdi, azərbaycanlı hamilə qadın xilas edildi

İstanbulun Qaziosmanpaşa məhəlləsində 5 mərtəbəli binanın zirzəmisində qəfil yanğın başlayıb. Tezliklə bütün binanı qara tüstü bürüyüb. Üçüncü mərtəbədə köməksiz qalan azərbaycanlı, 6 aylıq hamilə olan Günel Hüseynova qonşuların vasitəsilə xilas ola bilib.

Sfera.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. 22 yaşlı G. Hüseynova mənzilinə qara tüstünün dolduğunu görərək təşvişə düşüb. Pəncərəyə yaxınlaşıb və qonşulardan kömək istəyib. 5-ci mərtəbədə yaşayan qonşular pəncərədən aşağı düşmək üçün ona ip uzadıblar. İpdən tutan qadın özünü aşağıda qonşuların tutduğu yorğanın üzərinə atıb. Xoşbəxtlikdən ana və bətnindəki körpə zərər çəkməyib.

G. Hüseynovanın həyat yoldaşı Adil Kazımov yanğın baş verən zaman evdə olmayıb. Ona zəng edərək yanğın barəsində məlumat verilən kimi özünü evə çatdırıb: "Hazırda özünün və uşağın vəziyyəti normaldır. Qoxmuşdu, mən görəndə ağlayırdı. Bizim evin yandığını deyirdi, amma yanğın aşağı mərtəbədə olub. Onu xilas edənləri tanıyıram, amma həyəcandan seçə bilmədim”, - A. Kazımov bildirib. (virtualaz.org)


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...