İş adamlarını uzaqlaşdırıb, rayonları inkişafdan qoyanlar... İşini düzgün qurmayan icra başçıları kimlərdir?

İş adamlarını uzaqlaşdırıb, rayonları inkişafdan qoyanlar... İşini düzgün qurmayan icra başçıları kimlərdir?

2019-cu ilin ilk 9 ayında Azərbaycanın 37 şəhər və rayonuna kapital qoyuluşu ötən il ilə müqayisədə azalıb. Ən böyük azalma Naftalan rayonunda qeydə alınıb. Bu rayonun investisiya yatırımları əvvəlki ildən 10,6 dəfə azdır. Cəlilabada yatırımlar 3,3 dəfə, Ağcabədi, Bərdə və Hacıqabula yatırımlar 4 dəfə, Yevlaxa isə 3 dəfə azalıb. 13 rayon və şəhərə qoyulan investisiyanın məbləği isə 2 dəfə və ya bu ətrafda azalıb.

Sfera.az xəbər verir ki, məsələ ilə əlaqədar iqtisadi ekspert Natiq Cəfərli yeni sabah-a bildirib ki, icra hakimiyyətlərinin fəaliyyətinin zəif olması rayonlara investisiya qoyuluşunun azalmasına səbəb olur: 

"Bunun bir çox səbəbləri var. Naftalanla bağlı bir doyumluluq məsələsi var. Naftalanda bir ara investisiya səviyyəsi yüksək idi. İnvestisiya ilə bağlı rayonda bir neçə otel tikildi. Sonradan bu qədər otelin və istirahət mərkəzinin tikilməsinə ehtiyac qalmadı. Bu Naftalanla bağlı spesifik xüsusiyyətdir. Amma digər rayonlarda infranstruktur məsələsindən tutmuş, kredit çıxışının imkanlarının məhdud olmasına qədər və bir çox problemlər var ki, iş adamları üçün müəyyən əngəllər yaradır. Bu həm də icra hakimiyyətlərinin fəaliyyətindəki nöqsanlarla bağlıdır. Son zamanlar Prezident də öz islahatlarla bağlı çıxışlarında bunu dilə gətirib. İcra hakimiyyəti başçıları öz işlərini düzgün və normal qura bilmədiklərinə görə, həmçinin investorlar üçün münbit şəraitin yaradılmaması, biznes kreditlərinə çıxışın çox məhdud olması səbəbilə rayon və şəhərlərə kapital qoyuluşunun azaldığının şahidi oluruq”.

Ekspert rayonlara investisiya qoyuluşunu artırmağın yollarından da danışıb:

"Mərkəzləşdirilmiş qaydada tədbirlərin görülməsi daha böyük effekt verər. Amma regionların özləri haqlarında iqtisadi pasport çıxarmalıdırlar. Hər bir rayonun belə bir pasportu olmalıdır. Bu pasportlarda hansı sahələrə investisiya qoyuluşu daha məntiqlidir, hansı sahələr gəlirlidir və s. haqqında məlumatlar əks olunmalıdır. Yəni iş adamlarına bir yol xəritəsi təqdim olunmalıdır. İcra hakimiyyətləri bu günədək heç bir zaman bu işlə məşğul olmayıblar”.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...